"Yüksək post tutan, avtoritetli azərbaycanlılar “COVID proyekti”nə xidmət edir" - Məşhur psixiatrdan ŞOK İDDİA
"Pandemiya yoxdur, qeyri-qanuni elan olunub. “COVID proyekti” dünya əhalisinin sayının azaldılmasına xidmət edir".
Bunu Cebhe.info-ya açıqlamasında müstəqil tibb eksperti, həkim-psixiatr Abdulla Şıxlinski deyib.
Həkimin sözlərinə görə, bununla bağlı planı ayrı- ayrı ölkələrdə təbliğat həyata keçirən insanlar aparır:
"Bu insanlar birinci növbədə həkimlər olmalıdır. Çünki söhbət xəstəlikdən gedirsə, insanlar həkimlərin sözlərinə inanırlar. Kimin seçiləcəyi əvvəlcədən qlobalistlər tərəfindən aydınlaşdırılır. Tutaq ki, hansı həkimi seçmək lazımdır? Yalan məlumatları verənlər çıxıb insanlara maska taxmağı məsləhət görürlər. Halbuki, maska heç nədən qorumur, əksinə, insanların vəziyyətini daha da ağırlaşır.
Onlar dünya əhalisinin sayının azaldılmasına qulluq edən həkimlər, yüksək postlar tutan, elmi dərəcəsi olan, avtoritetli adamlardır. Radioloq Aydın Əliyev aylar öncə insanların həftədə iki dəfə test olunması, pandemiya ilə bağlı vaksin edilmələrini deyirdi. Amma bu gün bəzi ölkələrdə insanlar vaksinasiyaya etiraz edir, qadağaların mənasız olduğunu deyir. Adam vardı ki, qorxusundan bir neçə maskanı üst- üstə taxırdı. 3-4 maskanı üst- üstə taxan adamın psixologiyası, aqibəti necə ola bilər? Bunun günahkarı təbliğatçılardır".
Həkim–psixiatrın iddiasına görə, həmin adamların arxasında müəyyən qruplar dayanır:
"Ona görə də onlar nə istəyirlər, həkimlər də çıxıb onu danışırlar. Bir gün çıxıb deyirlər ki, filan ştamm gələcək, bu, sizin görmə orqanınızı zədələyəcək və s. Bir gün çıxıb deyirlər ki, filan ştamm uşaqlara pis təsir göstərəcək. Mənə maraqlıdır, bu təbliğatı aparanlar sabahısı həmin uşaqların valideynlərinin üzünə necə baxacaqlar? Mənim açıqlamalarıma görə mənə pis mesajlar da gəlib və gəlir. Mən bildiklərimi deyirəm".
Psixiatr əlavə edib ki, qlobal qüvvələr vaksinlərdə gen modifikasiyası aparmaq üçün istifadə olunan maddələrin varlığını etiraf edib: “Bu isə getdikcə dünya əhalisinin sayının azaldılması məqsədinə xidmət edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-09-2021, 15:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-09-2021, 15:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti