Doğum günü olan şəhidlər - FOTO
Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlanan Vətən müharibəsində iştirak edən qəhrəman şəhidlərimizdən beş nəfərin doğum günüdür.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini ehtiram və hörmətlə yad edirik:
Əsgər Cəfərzadə İsrayıl Namiq oğlu 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olub. Əslən Ağsu rayonundan olan İ.Cəfərzadə 2007-ci ildə Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbdə 1-ci sinifə daxil olub. O, sərbəst güləş idman növü ilə də məşğul olub. Rayonlararası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, müxtəlif diplomlar və medallarla təltif olunub. Təhsilini bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb.
Hərbi xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunan İsrayıl 2020-ci ilin 28 may tarixində çavuş rütbəsi alıb.
Vətən müharibəsində iştirak edən İ.Cəfərzadə Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 16 oktyabr Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İsrayıl Cəfərzadə ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Əsgər Eylasov Cəfər Yavər oğlu 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. 2006-2015-ci illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. C.Eylasov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəfər Eylasov oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərində torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Cəfər Eylasov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
MAHHXHQ əsgər Hüseynov Nəcəf İlqar oğlu 1992-ci ildə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. Nəcəf Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Nəcəf Hüseynov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunda torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nəcəf Hüseynov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Əsgər Mikayılzadə Rəşad İlham oğlu 1995-ci ildə Lerik rayonunun Camaşəir kəndində anadan olub. Orta təhsilini Bakı şəhəri 240 nömrəli tam orta məktəbdə aldıqdan sonra Rəşad Sumqayıt Dövlət Universitetində ali təhsil alıb. Ali təhsilini bitirdikdən sonra Qazaxda həqiqi hərbi xidmət edib.
2020-ci ildə Rəşad Mikayılzadə yenidən səfərbər olunub, həmin ilin sentyabrının 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü əsgər kimi iştirak edib. Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. Könüllü əsgər Rəşad Mikayılzadə 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Rəşad Mikayılzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Leytenant Quliyev Həsən İbrahim oğlu 1996-cı ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Quliyev oktyabrın 12-də Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Həsən Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.(Oxu.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:30-09-2021, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-09-2021, 15:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16