Ali məktəblərin giriş qapısı əsl yoluxma məkanıdır - HƏQİQƏTƏN DƏ...
Bütün tədris müəssisələrində əyani dərslərin başlanması özüylə problemlər də gətirdi. Ən böyük problem də orta və ali məktəblərin önündə hədsiz sıxlıq yaranmasıdır. Orta məktəblərdə sıxlıq yaradan valideynlərdi. Bir uşaqla az qala bütün ailə üzvləri məktəbə gəlir, ona görə. Ali məktəblərdə isə məlum COVİD pasportu yoxlanışları. Ali məktəblərin giriş qapılarında yaranmış vəziyyətə quş baxışı nəzər yetirilsə, “bu yoxlanış yoluxmanın qarşısını almaq, yoxsa yoluxmaya şərait yaratmaq üçündür?” təəccübü ortaya çıxacaq. “Saçımızı qırxdırarkən başımızdan da olmayaq?!” misalı.
Nə yazıq ki, nə orta məktəb, nə də ali məktəb rəhbərləri hər hansı səbəbdən yaranan sıxlığın yoluxma sayını artıracağı reallığını dərk etmirlər. Bunu heç Təhsil Nazirliyi də dərk etmir deyəsən. Bəlkə də edir, amma fərqli bir yol, yöntəm tapa bilmir. Bəlkə heç axtarmırlar da. Operativ Qərargah nə qərar verdisə, odur. Bu qərarların tətbiq ediləcəyi məkanların spesifikliyi isə kimsəni maraqlandırmır, düşündürmür. Halbuki, dünya 2 ilə yaxındır
koronavirusla mübarizə apara-apara bir sıra təcrübələr əldə edib.
Əyani tədrisə qərar verən təkcə Azərbaycan deyil. Dünyanın dörd bir yanında əyani tədris prosesi bizdən bir neçə gün öncə başlayıb.
Və bu ölkələrdə tələbələr ali məktəbə giriş qapısında dəqiqələrcə dayanıb, içəri keçəcəkləri mübarək zamanı həsrətlə gözləmirlər. Məsələn, qardaş Türkiyədə 18 milyon şagird əyani tədrisə başlayıb. Məktəblərlə yanaşı yeməkxanalar, kafelər və pansionatlar da açılıb. Milli Təhsil Nazirliyi tərəfindən 58 min məktəbə koronavirusla mübarizə tədbirləri çərçivəsində tibbi maska, dezinfeksiyaedici məhlullar və gigiyenik vasitələr üçün 650 milyon lirə vəsait köçürülüb, 113 min təmizlik personalına təlimat verilib. Peyvənd məsələsi isə belədir: müəllim və təhsil işçisi peyvənd vurdurmayıbsa, həftədə 2 dəfə PCR testindən (koronavirus daşıyıcısı olub-olmadığını müəyyənləşdirən test) keçməlidir. Dərslər 40 dəqiqə olacaq. Dərslərarası fasilə siniflərdə mümkün olduğu qədər fərqli saatlarda tətbiq olunacaq. Pandemiya dönəmində valideynlərin məktəb həyətinə girişi də qadağandır. Türkiyədə ali məktəblərdə də əyani tədris başlayıb, lakin tələbələrdən COVİD pasportu tələb edilmir. Bu məsələ hər ali məktəbin öz ixtiyarına buraxılıb. Dərslərinsə 100-də 40-nın onlayn formatda keçirilməsi qərara alınıb. Məsələn, Hindistanda şagirdlərin məktəbə getməsi məcburi deyil. Şagird evdə, onlayn qaydada dərslərinə hazırlaşa bilər. İspaniyada isə şagirdlər arasında məsafə əksinə, azaldılıb – 1 metrdən 1.2 metrə endirillib.
Bizdə vəziyyət necədir?
Məlum olduğu kimi NK-nin qərarı ilə COVID-19 pasportu və ya immun sertifikatı olmayan tələbələr ali məktəblərə buraxılmır. Ona görə də ali məktəblərin giriş qapılarında sıxlıq yaranıb. Sıxlığı aradan qaldırmaq üçün ali məktəblər müxtəlif üsullardan istifadə edir. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universitetində sıxlığın qarşısının alınması məqsədilə birinci kurslar üçün fakültələrin adları qeyd edilən lövhələr təşkil edilib.
Hər bir tələbə təhsil alacağı fakültənin adı qeyd edilən lövhənin qarşısında toplaşır, ordan da fakültələrinə yönləndirilir. Azərbaycan Texniki Universiteti isə tələbələrin universitetə daxil olmasını iki ayrı qapıdan həyata keçirir. Girişdə tələbələrin hərarəti yoxlanır. Bunun üçün hər qapıda 10 əməkdaş xidmət göstərir. Hər iki qapıda ümumilikdə 10 ədəd turniket quraşdırılıb. Turniketdən istifadə etmək üçün tələbələrə smart kartlar paylanılır. Tələbələrin COVID-19 pasportu da həmin smart karta inteqrasiya olunub. Bu da o deməkdir ki, turniketdən istifadə zamanı vaksinasiyadan keçən və keçməyən tələbələr (18 yaşdan yuxarı) avtomatik müəyyən olunur. AzTU-da tədris həm ənənəvi, həm də onlayn təşkil olunub. Həftənin 1,3 və 5-ci günləri dərslər onlayn olacaq. Həmin günlər mühazirə dərsləri keçiriləcək. Məşğələ dərsləri isə həftənin 2-ci və 4-cü günləri ənənəvi formada təşkil ediləcək. 1-ci kurslar isə universitetə tanışlıq üçün dəvət olunub. Birinci kursların əksəriyyətinin 18 yaşı tamam olmadığı üçün onlardan COVID-19 pasportu tələb olunmur.
Vəziyyət belədir. COVİD pasportu olmayan tələbə əyani dərslərdə iştirak edə bilməyəcək. Yalnız onlayn dərslərə qoşula biləcək. Bu isə tələbənin tədrisdə geri qalmasıdır.
Təhsil eksperti, fəlsəfə doktoru Rafiq İsmayılov “Şərq”ə açıqlamasında qeyd etdi ki, hər ali məktəb məsələyə özəl yanaşa bilər:
- Hansı qərarda yazılıb ki, tələbələr məhz bu şəkildə - giriş qapısında COVİD pasportu yoxlandıqdan sonra içəri buraxılmalıdır? Bu yoxlanışı auditoriyada, dekanlıqlarda da etmək mümkündür. Ali məktəblərin əksəriyyəti publik hüquqi şəxsdir. Yəni özləri müstəqil qərar verə bilər. Prosesi elə aparmaq olar ki, kimsə zərər çəkməsin, acınacaqlı vəziyyət yaranmasın.
R.İsmayılov bildirdi ki, bundan sonra tədrisin dayandırılacağını da düşünmür:
- 2 illik koronavirus təcrübəsi göstərdi ki, bu dalğalar gəlir-gedir. Artıq COVİD-ə hamı adi qrip kimi baxmağa başlayıb. Virus da yorulub artıq. “Görür” ki, insanlar dirəniş göstərir. Hesab etmirəm ki, bundan belə hansısa sərt qapanmalara gediləcək. Əyani tədrisin yoluxmalar səbəbindən dayandırılması ancaq şagird və tələbələrin geri qalmasına səbəb olur. Pandemiya dövründə uşaqlar onsuz da çox geri qaldılar. Avropanın elə ölkələri var, ümumiyyətlə, vətəndaşlarına tam sərbəstlik verib. Buna kütləvi immunlaşma deyirlər. COVİD pasportu yoluxmanın qarşısını almırsa, tələbədən onu tələb etməyin nə mənası?!.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-10-2021, 10:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-10-2021, 10:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Bu gün, 11:52