Polad Həşimovun qardaşı icra başçısından razılıq etdi: - “Müharibə vaxtı Salyandan göndərilən yardımlar da çox vacib idi”
Salyan rayonunda şəhid mayor Hüseynağa Salman oğlu Balıyevin adına xatirə bulağının açılışı olub.
Açılış mərasimində şəhidin ailə üzvləri, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə yanaşı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov da iştirak edib. Açılışda çıxış edən İ.Həşimov Salyanda görülən işlərin nümunə olduğunu qeyd edib:
“Bu gün şəhid bulağının açılışına toplaşmışıq. Dövlət başçısının şəhidlərin xətirəsinin əbədiləşdirilməsi barədə göstərişi oldu. Kimlərsə buna layiqincə diqqət ayırsa da, bəziləri bunu etmədilər. Salyan rayon icra hakimiyyəti başçısı isə bu məsələlərə qayğı göstərdi. Məktəbin qarşısında şəhid kompleksinin olması uşaqlar üçün, gələcək nəsillər üçün göz yaddaşı olacaq. Rayonda şəhid ailələrinin hansısa şikayətinin olmaması, bütün məsələləri icra hakimiyyəti orqanı ilə birlikdə həll etmələri çox vacib məsələdir. Bu, müharibə zamanı hamının bir olmasını, bütün dövlət orqanlarının vəhdət təşkil etməsini xatırladır. Bu vəhdət Salyanda hələ də özünü göstərir. Salyan bizim seçilib-sayılan bölgələrimizdəndir. Müharibə vaxtı digər bölgələrimiz kimi, Salyandan göndərilən yardımlar da çox vacib idi. Şəhidləri anmaq hər birimizin borcudur. Bəzən məsafə, vaxt baxımından tədbirlərdə iştirak edə bilmirik, amma qəlbimiz sizinlədir.
Tədbirdə müharibə iştirakçıları da iştirak edir, onlardan öyrəniləsi çox şey var. Şəhid ailələrinin qarşısında baş əyirəm, onlar bugünkü duruşları, davranışları ilə nümunə olurlar. Salyanda gördüyünüz işlər təqdirəlayiqdir, bunun üçün sizə minnətdarıq. Salyan rayonunda görülən işlər, icra başçısının şəhid ailələrinə göstərdiyi qayğı digər yerlərdə nümunəyə çevrilib. Hər kəs öz sahəsində şəhidlər kimi üzərinə düşən işi layiqincə yerinə yetirsə, deyərdim, heç qanunlara da ehtiyac qalmazdı”.
Demokrat.az
Paylaş:
Müəllif : Yazar
Tarix:1-10-2021, 12:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-10-2021, 12:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54