reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ucarda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

reklam

Ucarda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib


Ucar rayonunun Alpout kəndində Vətən müharibəsi şəhidi Kənan Məmmədovun anım mərasimi və bulaq kompleksinin açılışı keçirilib.
RegionXəbərləri.com xəbər verir ki, tədbirdə Ucar Rayon İcra hakimiyyətlərinin nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra şəhidin adının əbədiləşdirilməsi məqsədilə Ucar şəhərinin Oğuz küçəsində inşa olunmuş bulaq kompleksinin açılış mərasimi keçirilib. Bulağı Vətən müharibəsi Qazisi Murad Məmmədov öz vəsaiti hesabına inşa etdirib.

Qeyd edək ki, Kənan Niftalı oğlu Məmmədov 22 oktyabr 1993-cü il tarixdə Ucar rayonunun Alpout kəndində anadan olub.  İlk təhsilini Ucar şəhəri 2- nömrəli tam orta məktəbdə alıb.  2013-2017-ci illərdə Bakı Dövlət Universitetində (BDU) "Fiologiya" üzrə ali təhsil alıb.  
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan Kənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Kənan Məmmədov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. 02 oktyabrda Ucar rayonunun Alpout kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Vətən uğrunda" "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Kənan Məmmədov Şəhid olmamışdan 6 ay əvvəl ailə həyatı qurmuşdu.
Allah rəhmət eləsin.

RegionXəbərləri.com 
 







 


Paylaş:


Müəllif : Tarix:
2-10-2021, 16:16
Sikayət   


loading...
Загрузка...