Uşaqlar üçün satılan beyinlər niyə bahadır - HƏQİQƏTƏN DƏ...
Azərbaycanda uşaq üçün kitabların qiyməti kifayət qədər yüksəkdir - 30-70 manat və daha yüksək olanlar da var. Belə kitablar arasında xarici nəşrlər, tərcümələr üstünlük təşkil edir.
Sputnik Azərbaycan uşaq kitablarının qiymətlərini, bazarda daha çox hansı kitablara marağın olmasını və qiymətlərin yüksək olmasının səbəblərini araşdırıb.
Ümumi vəziyyəti öyrənmək üçün paytaxtın bir neçə aparıcı kitab mağazasına üz tutduq. Aşpazlıqdan, nəqliyyatdan, dinozavrlardan, elmi təcrübələrdən tutmuş kodlaşma dilinə qədər bir-birindən maraqlı tərcümə nəşrlərini görmək mümkündür. Məsələn, kodlaşmaya dair kitabın qiyməti nə az, nə çox - 28 manatdır. Müxtəlif mövzulu ensiklopediyaların qiyməti isə daha yüksəkdir.
Tərcümə olunmadan, orijinal dildə satışa çıxarılan kitablar da "əl yandırır". Bunun da səbəbi həmin kitabların üz qabıqlarının, eyni zamanda da kağızlarının daha keyfiyyətli, rəngarəng olmasıdır. Məsələn, ingilis və rus dilli belə kitablar yerli və Türkiyə türkcəsində nəşr olunan kitablarla müqayisədə kifayət qədər bahadır.
Türkiyədə nəşr olunmuş əcnəbi dildəki xarici ədəbiyyatın qiyməti isə bir o qədər də yüksək deyil. Məsələn, "Beta" yayımlarına aid nəşrlərin əksəriyyətinin qiyməti 8-12 AZN arasında dəyişir.
Peter Goesin Türkiyə türkcəsində nəşr olunmuş "Zaman tuneli" kitabında dinozavrlar, ibtidai icma quruluşu, Qədim Misir, Mezolit dövrü, Mesopotamiya dövlətinin yaranması, səlib yürüşləri haqda ətraflı məlumatlar var. Kitabda ta qədimdən 2015-ci ildə cərəyan edən hadisələrədək oxuculara çatdırılır.
"Okeanda" adlanan stikerlərlə rəngləmə kitabının qiyməti 8 AZN, "Heyvanlar haqda infoqrafika" 7 AZN, "Tropik meşələrin tədqiqi" - 8.40 AZN, "Adalar" 8.40 AZN, "Səhralarda qida zənciri" - 4.90 AZN-dir.
Alıcılıq qabiliyyətinə gəldikdə isə satıcılar Azərbaycan, türk, ingilis və rus dillərində nəşr olunmuş kitabların hərəsinin öz auditoriyasının olduğunu bildirirlər. Beş ildir, Azərbaycanda yaşayan fələstinli həmsöhbətimiz Türkiyə türkcəsi və Azərbaycan dilində qavramalarının zəif olduğunu, daha çox ingilis dilli nəşrlərə üstünlük verdiyini deyib. Apardığımız müşahidə zamanı da Türkiyədə nəşr olunan kitablara daha çox marağın olduğunu gördük.
Müəllif yetişdirmək çətindir
"Hədəf" nəşrlərinin direktoru Səbuhi Şahmursoy qiymətlərin baha olmasının səbəbini müəyyən faktorlarla əlaqələndirir: "Martda tender elan etdik və iki müəllif seçdik. "Balabilgənin macəraları" adlı 10 kitabdan ibarət silsilə kitablarımız da hazırda həmin seçilən müəlliflər - Aynur Cavid və Cəmilə Məmmədli tərəfindən yazılır. Bu kitablarda uşaqlar üçün müxtəlif səhnəciklər yer alıb.
Ümumiyyətlə isə uşaq yazarı olaraq birini yetişdirmək çox çətin prosesdir. Yəni kökündə araşdırma olan kitabların yazılması, o kitabları yazan şəxsləri kurasiya etmək asan deyil. Çünki bu müəlliflərdən eləsi var ki, tələb etdiyimiz formatı başa düşmür, dünyada nəşr olunan belə ədəbiyyatlardan xəbərsiz olur. Belə olan halda, biz müəlliflərə nümunələr verirdik ki, oxusunlar, formatı başa düşsünlər".
Ölkə daxilində "baş qatmaq"
S.Şahmursoy deyir ki, hələlik yerli uşaq ədəbiyyatında elə bir qəhrəman obrazı yaradılmayıb ki, Azərbaycanı bu adla dünyada təmsil edə bilsin: "Sadəcə olaraq ölkə daxilində başımızı qatırıq. Müəlliflərin seçiminə gəldikdə isə, qeyd edim ki, öncə müəlliflə şəxsən danışıb tanış olmağa çalışırıq. Onun dünyagörüşü Biləcəridən o yana keçirmi, yoxsa yox - bunu öyrənirik. Bizə maraqlıdır ki, müəllif Məlikməmmədin adını dəyişib başqa adla eyni məzmunu təqdim edəcək, yoxsa yeni bir ideya ortaya qoyacaq. Kitabın oxunaqlı olması üçün müəllif araşdırmaçı olmalıdır, yalnız təxəyyülünə əsasən deyil, həm də real faktlara əsaslanaraq oxucusunun diqqətini çəkməlidir.
Müəllifin hansı peşə sahibi olmasına gəldikdə isə, bununla bağlı konkret bir tələb yoxdur. Qeyd edim ki, "Balabilgənin macəraları" silsiləsinin müəllifi müəllimdir. Bu silsilə nəşrin məzmununa gəldikdə isə qısaca olaraq onu qeyd edim ki, Balabilgə eksperiment aparan 10 yaşlı uşaqdır və onun gününün böyük bir hissəsi məktəbdə keçir".
O bildirir ki, öncəki illərdə tərcümə ədəbiyyatına üstünlük verilirdisə, son illərdə artıq öz müəlliflərimizi yetişdirməyə çalışırlar: "Nəşriyyat olaraq son iki ildə yerli müəllif yetişdirməyi və onlarla daha effektiv işləməyi qarşımıza məqsəd qoymuşuq. Növbəti illərdə daha çox müəllif yetişdirərək tərcümə ədəbiyyatının sayını azlatmağa çalışacağıq. Lakin qeyd edim ki, ümumilikdə hər zaman nəşr olunan kitablar arsında yerli müəlliflərlə tərcümə olunan nəşrlər arasında balans olub".
Bu işdə ƏDV-nin də "barmağı" var
"İllik ümumilikdə 100 adda kitab nəşr olunursa, bunun 35-40 faizi uşaq ədəbiyyatının payına düşür. Qeyd edim ki, biz artıq "Balabilgə" adlı uşaq nəşriyyatı təsis eləmişik. Bütün uşaq ədəbiyyatımızı o brend adı altında nəşr etməyi düşünürük", - həmsöhbətimiz əlavə edib.
S.Şahmursoy kitaba çəkilən xərclərdən də danışaraq bildirib ki, kitabın qiyməti 10 manatdırsa, bu o demək deyil ki, həmin vəsaitin hamısı nəşriyyatın cibinə axır: "Xeyr, burada kitab paylayanların, satıcıların faizləri də var. Tutaq ki, 10 AZN-ə satılan kitabdan 5 manat nəşriyyata qalırsa, onun digər hissəsi poliqrafiyaya xərclənir, yəni, nəşriyyat və müəllifin qazancı burada azlıq təşkil edir. Ona görə də bizdə yüksək qonorar olmur.
Biz rəngi, kağızı xaricdən alırıq. Cari ildə də kağızın qiyməti bir neçə dəfə artıb. Süni və təbii yolla bahalaşma olur və bunun kitab nəşrinə də təsiri olduqda qınanan tərəf biz oluruq, deyirlər ki, nəşriyyatlar qiymətləri qaldırır. Lakin heç kəs demir ki, bəlkə, kağıza görə ƏDV-ni götürək, nəşriyyatların işinə əlavə stimul verək. Çünki Azərbaycanda nəşriyyatlar milyonlar qazanmır".
Ziyana gəldikdə isə o deyir ki, hər hansı layihə ziyanla işləyə bilər, lakin bu o demək deyil ki, bütün layihələrin aqibəti belə olacaq: "Sadəcə olaraq çox gəlirli layihələrimiz yoxdur. Məsələn, bir kitabdan heç 10 min sata bilmirik. Son bir ildə üç önəmli layihəmiz oldu. Onlardan biri Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuşdu. Amma təəssüf ki, 1000 tiraj nəzərdə tutulsa da, heç 500 nüsxə satılmadı. Digər layihəmiz "Xəmsə"nin nəsr versiyasının yaradılması idi, bir il üzərində iş getdi, amma gözlədiyimiz baş tutmadı. "Kitabi-Dədə Qorqud"u tamamilə şəkilli nəşr etdik. Bahalı layihə olsa da, yenə də laqeyd münasibət gördük".
"Bəlkə, problem auditoriyanın lazımınca araşdırılmamasıdır?" sualına cavabında S.Şahmursoy deyir ki, onlar bazarı detallı olaraq araşdırırlar: "Biz satışla dolanırıq və birbaşa bazardan asılıyıq: "Hər kitabın öz bəxti olur. Bəzilərindən gözləntilərimiz çox olur, amma heç bir effekt vermir. Bəzən isə nagüman olaraq işlənilən kitab daha çox effekt verir. Ümumiyyətlə, dəfələrlə marketoloqlar kitab biznesinə üz tutublar, lakin maliyyə imkanları olmadığından onlar bu sahədə qalmayıblar. Bu sahədəki problemləri aradan qaldırmaq üçün nazirliklər əl-ələ verməlidirlər. Təəssüf ki, dövlətin, Mədəniyyət Nazirliyinin kitablarla bağlı böyük planları yoxdur".
"Məsələn, "Xəmsə" uşaqlar üçün maraqlıdırmı?" sualımıza cavab olaraq mütəxəssis deyir ki, "Kapitan Qrantın uşaqları"nın əvəzinə Nizami Gəncəvinin əsərlərini oxuyanlar çox azdır:
"Biz o zaman Nizami Gəncəvini valideynlərimizin tövsiyəsi ilə oxumuşuq. Biz onu nəzm fomasında oxuyub anlamağa çalışırdıq. Lakin indi həmin əsərləri nəsrə çevirərək uşaq dilinə uyğunlaşdırmışıq. Yetişən gələcəyimiz ilk olaraq öz klassiklərini tanımalıdır. Bu kitabın poliqrafiyası baha başa gəlirdi, biz çalışmırdıq ki, nəşriyyat böyük fayda götürsün, istəyirdik ki, klassikamız satılsın".
O deyir ki, elə kitab var ki, onun maya dəyəri 1.50 AZN, eləsi də var ki (məsələn, "Xəmsə"), 9 AZN-ə başa gəlir: "18 faizlik ƏDV üzərimizdən götürülərsə, biz də kitabları 18 faiz daha ucuz satarıq. 20 manata bir kitab almaqdansa, 3 kitab almağa üstünlük verərdim, lakin bütün səbəblər bizdən asılı deyil. Nəşriyyat il ərzində 50 adda kitab nəşr edirsə, faydasından asılı olmayaraq heç onun 40-nın üzünə baxan olmur, bu zaman çalışırlar ki, digər 10 kitabın da üzərinə bir qədər əlavə qiymət qoyub 40 kitabı kompensasiya etsinlər".
Mütəxəssis deyir ki, bu sahədə müəlliflərin sayının az olmasının birinci səbəbi gəlirliliyin aşağı olması ilə əlaqədardır: "2021-ci ildə Azərbaycanda nəşriyyat sahəsində işləmək bir qədər də fədakarlıq tələb edir. Bu səbəbdən də intellektual gəncləri bu işə cəlb etmək bir qədər çətin olur".
Sponsorlar müəlliflə müğənnini yaxşı ayırd edirlər
Elə müəlliflərdən biri olan Aynur Cavidlə də həmsöhbət olduq. "Hədəf" nəşriyyatının keçirdiyi müsabiqədə 1-ci yerə layiq görülən A.Cavid deyir ki, 10 kitabdan ibarət "Balabilgə" layihəsini yekunlaşdırdıqdan sonra 1500 AZN qazanacaq: "Lakin hələlik heç bir şey qazanmıram. Üstəlik, bu sahədə araşdırmaya yetərli qədər pul xərcləyirəm. Xarici ədəbiyyat oxuyur, uşaq psixologiyasını daha da dərindən öyrənirəm. Lakin başqa kitab sifarişim olmur".
O, kitab satışının aşağı olduğunu deyir: "Düşünürəm ki, ölkədə nəşriyyatların işini işıqlandırmaq üçün digər ölkələrdə olduğu kimi böyük sərgilər, reklamlar təşkil olunmalıdır. Razıyam, hər bir yazıçının oxucu kütləsi olmalıdır və mən bilirəm ki, bunun olmaması yazıçının özünün əskik tərəfidir. Necə ki, hansısa ətir brendinə maraq var, yazıçı məhsuluna da elə maraq olmalıdır. Bizim iş adamları hansısa bir müğənniyə maraq göstərib, sponsorluq etdikləri kimi, kitab bazarına da diqqət ayırmalıdırlar. Bir yazıçı brendinin yaranması üçün mənim vaxta və maliyyəyə ehtiyacım var. Sinif otaqlarında kitabxanaların yaradılması üçün pul xərcləmək lazımdır".
A.Cavid bilirir ki, on kitaba görə 1500 manat mükafat onu qane edir: "Bu vəsait hər kitaba görə 150 manatdır. Bundan sonra satışdan da hər kitaba görə bizə müəyyən qədər qonorar ödəniləcək. Bununla da mən ilk dəfə olaraq kitabdan gəlir götürəcəyəm".Bu qazancla o qazanc
Bu qazancla o qazanc
Uşaq ədəbiyyatının illüstratorlarından olan Vasif Səftərov deyir ki, ümumiyyətlə, uşaq ədəbiyyatı üçün rəsm çəkmək sadə görünsə də, çox çətin bir prosesdir: "Rəsmlərin, oradakı rənglərin uşaq psixologiyasına təsiri çox önəmlidir. Müəlliflə işləmək əslində çətin olmur, sadəcə olaraq müzakirələrə səbəb ola bilir. Lakin sonda müəlliflə bir fikrə gəlirik. Demək olar ki, müəlliflə elə bir problem yaşamamışıq".
"Uşaq ədəbiyyatı üçün çalışmaq qazanclı hesab edilə bilər. Çünki bununla gələcək nəslin inkişafına, dünyagörüşünə yaxşı mənada nəsə qazandırmış, yeni bir nəsil üçün sənət adamına çevrilmiş oluruq", - deyən Səftərov əlavə edir ki, bir kitabdan nə qədər qazanacağı daha çox qoyulan mövzudan, formatdan asılı olur.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-10-2021, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-10-2021, 10:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29