
Top şəhidin şəklinə dəydi, “Qəbələ”nin qapıçısı diqqət mərkəzinə düşdü - VİDEO

Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Qəbələ” görüşündə duyğusal an yaşanıb.
Matçın gedişində “Qarabağ” komandasının futbolçularından birinin vurduğu zərbə vaxtı ilə “İmarət” azarkeş qrupunun fəal üzvü olmuş, şəhid Məhəmmədəli İbrahimlinin tribunadan asılmış bannerinə dəyib.
Həmin vaxt “Qəbələ”nin qapıçısı Nicat Mehbalıyev topun dəydiyi hissəni əlcəyi ilə təmizləməklə diqqət çəkib. Oyundan sonra “Qarabağ”ın “İmarət” azarkeş qrupunun üzvləri rəqib qapıçını yanına çağırmaqla onu alqışlayıb.Qeyd edək ki, kəşfiyyatçı əsgər olan Məhəmmədəli İbrahimli ötən ilin oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb. 13 oktyabrda Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-10-2021, 15:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Qəbələ” görüşündə duyğusal an yaşanıb.
Paylaş:
Müəllif :
Yazar
Tarix:4-10-2021, 15:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT
