reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Nurlan Musayev Vətən Müharibəsində iştirak etməyib” - Nazirlik

reklam

“Nurlan Musayev Vətən Müharibəsində iştirak etməyib” - Nazirlik


Ağdaş rayonu Abad kənd sakini Musayev Nurlan Nurəddin oğlunun sosial şəbəkədə yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən araşdırılıb.

ƏƏSMN-dən Oxu.Az-a verilən məlumata görə, Nurlan Vətən Müharibəsində iştirak etməyib, 2020-ci ilin yanvar ayında Sumqayıda hərbi xidmətdə olub və hərbi xidmət dövründə xəstələnib. Ona 19.02.2021-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar “Aşağı ətrafın uzun sümüklərinin bədxassəli yeni törəməsi” diaqnozu ilə beş il müddətinə üçüncü qrup əlillik təyinatı aparılmış və əlilliyə görə 110 manat sosial müavinət təyin edilib.

Ailəyə dəstək məqsədi ilə atası Musayev Nurəddin Pənah oğlu özünün məşğulluq programına cəlb olunub, 03.08.2021-ci il tarixində xırdabuynuzlu heyvandarlıq zərfi üzrə aktivlərlə təmin olunub.

ƏƏSMN-dən o da əlavə edilib ki, videomüraciətdə qeyd olunan şikayət nazirliyin fəaliyyət istiqamətlərinə aid deyil.


Paylaş:


Müəllif : Tarix:
4-10-2021, 19:43
Sikayət   


loading...
Загрузка...