"Aldadıb adıma VÖEN açıblar..." - NARAZILIQ!
"Aldatdılar ki, kömək elə, adamlar meyvə-tərəvəzini gətirib satsın, sənə də iş verəcəklər, əlində daimi işin olacaq. Aldadıb adıma VÖEN açdırıblar, 3 aydan sonra xəbər tutmuşam ki, ayağımda 40 min manat vergi borcu var. Halbuki mənim heç cibimdə 40 manatım olmayıb indiyədək... Valideynim yox, ailəm yox, ev-eşiyim yox... Aradabir iş düşəndə qəpik-quruşa günəmuzd fəhləliklə məşğul oluram, internet-klubda gecələyirəm”.
Gəncə sakini Tahir Əliyev Meydan TV-yə danışır ki, Rövşən adlı tanışı ona yaxın bir dostuna kömək etmək üçün adına meyvə-tərəvəz gətirilməsini təklif edib.
O da razılaşıb, ancaq 3 aydan sonra xəbər tutub ki, 40 min manat vergi borcu yığılıb.
"O adamla bircə dəfə üz-üzə də gəlməmişik”
Tahir Əliyev deyir ki, bu məsələdə onun savadsızlığından sui-istifadə ediblər: "Dedi ki, bir dostum var, ölkəyə meyvə-tərəvəz gətirir. Bir adamın adına gələndə gömrükdə çox rüsum tuturlar. Ona görə də gərək ayrı-ayrı adamların adına gətirsin. Söz verdi ki, mənim VÖEN-im 3 aylığa lazımdır, 3 aydan sonra iş bitəcək, VÖEN bağlanacaq. Mən də inandım. Mən o vaxta qədər VÖEN nədir, vergi nədir bilməmişəm. Heç vaxt rəsmi iş yerim olmayıb, günəmuzd fəhləlik edib qəpik-quruş almışam. Ona görə də bu işlərdən anlayışım yoxdur. Görünür, onlar da savadsızlığımdan istifadə etdilər. Mən heç o adamı tanımıram, bircə dəfə üz-üzə də gəlməmişik, danışmamışıq. Sonradan eşitmişəm ki, bunlar mənim kimi çoxunun evini yıxıblar”.
"Notariat kontorda etibarnamə vermişəm”
Tahir Əlyevin dediyinə görə, nə ailəsi var, nə yaxın qohumu... İllərdir ki, internet-klublarda yatıb-durur, günəmuzd fəhləlik işləri olanda gedib işləyir. Adına VÖEN açdıran zaman onu bu işə həvəsləndirən səbəb də qazanacağı 100 manat olub: "Tanışım mənə bu işə görə 100 manat verdi. O pulu da Bakıya Notariat kontoruna gedib-gəlməyə xərcləmişəm. Heç orada da etibarnamə verdiyim adamı görməmişəm. Deyiblər bura imza at, imzamı atmışam. Düşündüm ki, dostdur, xahiş edib, kömək eləmək lazımdır. Ancaq indi nə dostumu tapa bilirəm, nə də etibarnamə verdiyim şəxsi... Qalmışam ortalıqda, sabah gəlib 40 min manat vergi borcuna görə internet-klubdan qoluma qandal vurub aparsalar, köməyimə çatan da olmayacaq”.
Əliyev Etibar Kazım oğlu 2020-ci ilin avustunda Bakıdakı 21 saylı Notariat Kontorunda Məmmədov Çələbi Əvəz oğluna bir, həmin ilin oktyabrında isə 14 saylı Notariat Kontorunda üç etibarnamə verib. Həmçinin 2020-ci ilin avqustunda Gəncə Asan Xidmətdə daha bir etibarnaməni Kulpin Dmitriy Oleqoviçə verib.
Ancaq Etibar Əliyev deyir, o, bu etibarnamələri imzalayarkən qarşı tərəfi Notariat Kontorunda görməyib, hər şey Rövşən adlı tanışının vasitəsiylə həllini tapıb.
Hüquqşünas: "Vətəndaşın etibarından sui-istifadə varsa, burada cinayət tərkibi var"
Gəncə şəhər Polis İdarəsindən Meydan TV-yə bildirilib ki, Tahir Əliyevin şikayəti araşdırılıb və məlum olub ki, iş mülki xarakterlidir.
Çıxarılan qərarda vətəndaşa mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunub. Qərar vətəndaşa göndərilib.
Hüquqşünas Namizəd Səfərov deyir, əgər vətəndaşın etibarından sui-istifadə halları varsa, burada artıq cinayət tərkibi var və iş polis tərəfindən araşdırılmalı, hüquqi qiymət verilməlidir.
Hüquqşünas vətəndaşa aldığı qərardan şikayət etməyi məsləhət görür: "Qərardan məhkəməyə, yaxud ərazi üzrə prokurorluğa şikayət etməlidir ki, qərar ləğv olunsun və iş yenidən polisə qaytarılsın”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-10-2021, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-10-2021, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti