reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kovid keçirdikdən sonra sinə və kürək ağrılarına diqqət – Türk həkim

reklam

Kovid keçirdikdən sonra sinə və kürək ağrılarına diqqət – Türk həkim


Kovid 19 xəstəliyi sonrası sağalanlarda ayağa qalxanda meydana çıxan ürəkdə çırpıntı, baş hərlənməsi, göz qaralması, halsızlıq kimi əlamətlər çox zaman ürəklə bağlı olmur.

Bu, adətən xəstəliyə bağlı olaraq uzun müddət uzanılı, yataq vəziyyətində olmaqdan irəli gəlir. Bu xəstələr normal miqdarda su qəbul etməyə fikir versin.

Medicina.az xəbər verir ki, bunu türk kardioloq Metin Canbolat bildirib.
“Amma kovid sonrası sıx qarşılaşdığımız köks, döş qəfəsi ön və arxadan ağrılara diqqət edin. Bu infeksion xəstəlikdən sonra ürək krizi, ağciyər trombozu, damarlarda tromb ciddi xəstəlikdən qaynaqlana bilər.

Covid virusu damarların içində zədələr əmələ gətirir, ona görə koviddən sağaldıqdan sonrakı 3-6 ay çox önəmlidir. Əgər şiddətli köks, döş qəfəsi ağrıları varsa, ən qısa zamanda ürək həkiminə getməlisiz. Ümumiyyətlə, koviddən sağalan bütün xəstələr bir kardioloq müayinəsindən keçsin”.


Paylaş:


Müəllif : Tarix:
5-10-2021, 18:00
Sikayət   


loading...
Загрузка...