reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bədəninin 20 faizi yanan qazi ilə bağlı açıqlama: - "Hazırkı vəziyyəti əlillik təyinatına əsas vermir"

reklam

Bədəninin 20 faizi yanan qazi ilə bağlı açıqlama: - "Hazırkı vəziyyəti əlillik təyinatına əsas vermir"



Bu günlərdə redaksiyamıza Vətən Müharibəsi qazisi 1994-cü il təvəllüdlü Məhərrəmov Məhərrəm Əfzəl oğlu tərəfindən çəkilmiş video görüntülər daxil olub. Görüntülərdə Vətən Müharibəsi qazisi yaşadığı şəraitin yaxşı olmadığını bildirib və işsiz olduğunu, ona iş verilmədiyini deyib. M. Məhərrəmov həmçinin hər iki əlinin iş qabiliyyətini itirdiyini bildirib və 5 aydır əlillik dərəcəsi ala bilmədiyini qeyd edib.
Məsələ ilə bağlı Yeniavaz.com qazi ilə əlaqə saxlayıb. O qeyd edib ki, 2016-cı ildən Vətən Müharibəsi başlayana və orada yaralanana kimi Müdafiə Nazirliyinin tabeliyində olan və Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə MAHHXHQ (müddətdən artıq xidmət edən hərbi qulluqçu) kimi fəaliyyət göstərib. Vətən müharibəsinin elə ilk günü yaralanıb və uzun müddət müalicə alıb:
"7 il hərbidə tank taborunda işləmişəm. Ötən il 27 sentyabrda Vətən Müharibəsi başlayanda mən Füzuli rayonu Seyidəhmədli kəndi istiqamətindən döyüşlərə girmişdim. İlk gündə 6 saat döyüşlərdə iştirak etdim, mənim tankım vuruldu və yandı. Oradan məni Füzuli rayonunun diaqnostika mərkəzinə gətirdilər. Vəziyyətim ağır olduğu üçün orada məni götürmədilər. Daha sonra Saatlı rayonuna göndərdilər. Saatlı rayonunda da xəstəxana məni qəbul etmədiyi üçün Bakıya 5 saylı xəstəxanaya yolladılar. Orada 3 gün qalandan sonra Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildim. 2 həftə burada qaldıqdan sonra türk həkimlər gəldi. Onlar da mənim müalicəmdə yaxından iştirak etdilər. Aşağı ətraf nahiyələrimdən toxumalar götürülüb əllərimin bərpası üçün istifadə olundu. 3 ay yarım mən hospitalda qaldım. Oradan da məni Əfəndiyev adına 2 saylı xəstəxanaya köçürdülər və burada əməliyyat olundum. 2 ay da orada qaldım. Sonra mən gəlib Müdafiə Nazirliyinin nəzdində yerləşən hərbi hospitaldan şəhadətnaməmi aldım. Şəhadətnaməmdəki diaqnozda bədənimdəki yanıqların 1-ci, 2-ci dərəcəli olduğu göstərilir. Hər iki əlin 5-ci barmağı işləmir. Elə tək bir əlimdə 75 ədəd, bədən nahiyəmdə 100-dən çox, eləcə də gözümdə qəlpələr aşkarlanıb. Şəhadətnamədə haqqımda yazılıb ki, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Mən də bunu Füzulidəki Mərkəzi Rayon Xəstəxanasından forma 88-lə 1 dəfə VTEK-ə (Tibbi-Sosial Ekspert Komissiyası) yolladım. Oradan mənə "imtina" cavabı verildi. Təkrar yolladım. Yenə imtina gəldi. Bu dəfə də imtina gələndən sonra Bakıya "VTEK"ə getdim. Komissiyadan keçdim, iki həftəyə əlilliklə bağlı qrupu yollayacaqlarını bildirdilər. 2 həftə keçdi, gəlmədi. Bir ay da ötdü, ondan sonra bir daha müraciət etdim. 3-cü imtina cavabından sonra sosial şəbəkələr vasitəsilə müraciət etmək məcburiyyətində qaldım. Onu qeyd edim ki, may ayına kimi MN-dən maaş almışam. İndi ailə vəziyyətimlə bağlı iş üçün müraciət etsəm belə müraciətlərim qəbul olunmur və məndən əlilliklə bağlı sənəd tələb olunur".












Paylaş:


Müəllif : Tarix:
6-10-2021, 15:24
Sikayət   


loading...
Загрузка...