reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Səkkiz il Murovda can qoyub, amma haqqımız olan mənzili ala bilmirik...” - Şəhid mayorun xanımı...

reklam

“Səkkiz il Murovda can qoyub, amma haqqımız olan mənzili ala bilmirik...” - Şəhid mayorun xanımı...



“Rahibin şəhid olmasından bir il ötdü. Dünən də qızım Mələyin ad günü idi. Çox sağ olsun müəllimləri məktəbdə ona sürpriz etdilər, sinif yoldaşları ad günündə iştirak etdi. Hər şey yaxşı oldu Mələk üçün. Rahib uzaqda da olsa həmişə uşaqların ad gününə özünü çatdırırdı. Dünən isə hiss etdim ki, bizim ona çox böyük ehtyacımız var”

Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi zamanı Murovdağda şəhid olan mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva deyib. Aygün xanım həyat yoldaşının19 il ordu sıralarında xidmət etməsinə baxmayaraq hələ də dövlət tərəfindən mənzillə təmin olunmadıqlarını bildirib:

“Bununla bağlı bütün dövlət orqanlarına məktublar ünvanlamışam. Heç bir problemim həll olunmayıb. Şəhid ailələri içində ən baxımsız ailəyəm. Bizim şəhid ailəsi kimi mənzil haqqımız var, amma onu bizə vermirlər. Onsuz da Rahibin xidmətinin 20 ili tamam olanda mənzil verəcəkdilər. Amma Rahib 19 il idi xidmət edirdi və döyüşlərdə də şəhid oldu.



Paylaş:


Müəllif : Tarix:
6-10-2021, 17:28
Sikayət   


loading...
Загрузка...