Məmurlara rüşvət, “montyor” casuslar, “QRU”nun “obşakı”... - Rusiya kəşfiyyatı belə işləyir
Kəşfiyyat haqqında danışarkən, bir çoxları bu fəaliyyətin sistemindən, nə qədər mürəkkəb olduğundan xəbərsiz olur.
Çoxları kəşfiyyatla yalnız ordu, diplomatlar və xüsusi xidmət orqanlarının məşğul olduğunu düşünürlər. Ancaq az adam pərdə arxasına baxmağa çalışır. Kəşfiyyat strukturlarının nə etdiyini başa düşmək üçün bu bölmələrin məqsəd və vəzifələrini anlamaq lazımdır.
Cebhe.info Rusiya kəşfiyyatı ilə bağlı Dmitri Belyayevin müəllifi olduğu məqaləni təqdim edir.
Rusiya kəşfiyyatı nə iş görür?
Xüsusilə Rusiyanın kəşfiyyat xidmətlərinin fəaliyyəti bütün dövrlərdə maraqlı olub.Açıq mənbələrə görə, kəşfiyyat xidmətlərinin məqsəd və vəzifələri belə müəyyən edilib:
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) fəaliyyət dairəsi:
•Rusiya Federasiyası Prezidentinə, Federal Məclisə və hökumətə siyasi, iqtisadi, hərbi-strateji, elmi-texniki və ekoloji sahələrdə qərar qəbul etmək üçün lazım olan kəşfiyyat məlumatlarının verilməsi;
• Rusiya Federasiyasının təhlükəsizlik siyasətinin uğurla həyata keçirilməsi üçün əlverişli şəraitin təmini;
• İqtisadi inkişafa, ölkənin elmi-texniki tərəqqisinə və hərbi-texniki təhlükəsizliyinə kömək.
QRU-nun (Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi - Rusiya Federasiyası Müdafiə Nazirliyinin xarici kəşfiyyat orqanı və Rusiya Silahlı Qüvvələrinin mərkəzi kəşfiyyat orqanı) kəşfiyyat fəaliyyətinin istiqamətləri:
• Rusiya Federasiyasının Prezidentinə, Federal Məclisə, hökumətə, müdafiə mazirinə, Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə, Rusiya Federasiyası Şurasına siyasi, iqtisadi, müdafiə, elmi -texniki və ekoloji sahələrdə qərar qəbul etmək üçün lazım olan kəşfiyyat məlumatları verilməsi;
• Rusiya Federasiyasının müdafiə və təhlükəsizlik sahəsində siyasətinin uğurla həyata keçirilməsi üçün əlverişli şəraitin təmin edilməsi;

Göründüyü kimi, SVR və QRU-nun məqsəd, vəzifələri yalnız hərbi komponentdə fərqlənir və aralarında aydın sərhədin olması haqqında mif əslində doğru deyil. QRU təkcə hərbi yox, həm də siyasi kəşfiyyatla məşğuldur. Nə qədər qəribə səslənsə də, informasiya müharibəsi aparmaq yükü də məhz bu qurumun üzərinə düşür. Baxmayaraq ki, bununla məşğul olan ayrı şöbələr də var.
Diplomatlar və QRU-nu nə birləşdirir?
QRU yuxarıdakı məqsədlərə çıxışı birbaşa əldə etmir. Bu mürəkkəb əməliyyatların sxemləri açıq şəkildə digər strukturlar tərəfindən hazırlanır və real hərəkətlər tamamilə fərqli yerdə baş verir. Bunlar əsasən nümayəndələri diplomatik toxunulmazlığa malik olan diplomatik missiyalardır. Buna görə də çox vaxt açıq hərəkət edirlər. Uğursuzluq olduğu təqdirdə diplomatik toxunulmazlıq ilə qorunurlar və kəşfiyyatçılara qarşı yalnız deportasiya qanunları işləyir. Əlbəttə, bu xoşagəlməzdir, amma fəlakət deyil. Tez-tez olur ki, rotasiya edilməli olan bir diplomata özünü əvəz etmək vəzifəsi verilir. Bir çoxları bunun bir tərəfdən Rusiya kəşfiyyatçılarının uğursuzluğu, digər tərəfdən də Qərb kəşfiyyat xidmətlərinin düşmən agentlərini müəyyən etmək üçün uğurlu bir əməliyyatı olduğunu düşünür. Bu əməliyyatın əsas məqsədinin müəyyən ölkələrin diplomatlarını Rusiya ərazisindən çıxarmaq olduğuna heç kim əhəmiyyət vermir. Eyni zamanda, hər şey Rusiyanın cavab addımları kimi görünür. Yəni “Moskvanın günahı yoxdur, cavab vermək məcburiyyətində qalıb” kimi cavablara ayaq yeri qoyulur.
Dünya düşünərkən, Kreml plan cızır
Misal olaraq son 2 ildə bir çox ölkələrin ümumilikdə iki yüzə qədər rus diplomatını və diplomatik toxunulmazlıq arxasında gizlənmiş şəxsləri deportasiya etdiklərini xatırlamaq olar. Bütün dünya bunu Rusiya xüsusi xidmət orqanlarının uğursuzluğu kimi qəbul etdi, lakin heç kim Kremlin bu hadisələrə reaksiyasını izləmədi. Belə hallarda, yəni kəşfiyyatçıların işində böyük bir uğursuzluq olduqda, bu da sirr olaraq qalmır. Ancaq Moskva hər şeyə hazırlıqlıdır. Yəni SVR, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyinin Baş Qərargahı buna hazır idi və hər şey planlaşdırılan ssenari üzrə baş verirdi.
Kəşfiyyat çox incə işdir və xüsusi bacarıq tələb edir. Əslində kəşfiyyat fəaliyyəti görünməz, pərdəarxası və çox mürəkkəb bir “müharibə”dir. Bu “müharibə”də ən böyük səhv düşməni qiymətləndirməməkdir. Onun imkanlarının həddən artıq qiymətləndirilməsi də çox xoşagəlməz nəticələr verə bilər. Bu baxımdan bir neçə versiyanı nəzərdən keçirmək olar.
Kəşfiyyatçı kimi tanınanlar əslində kəşfiyyatçı deyilmiş...
Birincisi, deyək ki, əslində hər şey düşünüldüyü kimi oldu - Rusiya xüsusi xidmət orqanlarının, xüsusən də QRU -nun tam uğursuzluğu baş verdi. Ancaq izləri Böyük Pyotr dövrünə gedən və daim təkmilləşdirilən rus kəşfiyyatının ənənələri nəzərə alınmaqla bu versiya üzərindəo qədər də dayanmaq olmaz. Tam uğursuzluğa inanmaq üçün çox sadəlövh olmalısan.
İkincisi, Rusiya kəşfiyyatı kompleks olaraq xüsusi bir əməliyyat keçirdi və sonradan bu əməliyyatın iştirakçılarının ifşa edilməməsi, məlumatların üzə çıxarılmaması üçün təhlükəsiz şəkildə ölkədən çıxarılmalarını təmin etdi. Belə əməliyyatlar, əlbəttə ki, əsas məqsədi gizlətməklə xüsusi qılıf altında aparılır. Burada da vacib bir amil var - rotasiya. Nəticədə kəşfiyyatçıların iddia edilən kütləvi uğursuzluğu adı altında əslində Qərb ölkələrinin xüsusi xidmət orqanlarının “iştahını” təmin edən Rusiya xüsusi xidmət orqanları olduqca sakit şəkildə dəyərli işçilərini və agentlərini geri çəkir. Bununla həm də diplomatik korpusun rotasiyasını həyata keçirmiş olurlar.
Ölkədən çıxarılanların yerinə gətirlənlər, yəni əsl kəşfiyyatçıları əsas tapşırığı yerinə yetirəcək, əməliyyatı icra edəcəklər.
Əvvəlcə “zəif bənd” seçilir, sonra...
Üçüncüsü, AB və NATO-nun genişlənməsi fonunda Rusiya xüsusi xidmət orqanlarının bu sxemdə ən az bir “Troya atı”nın olması xüsusilə vacibdir. Bu məqsədlə, ilk növbədə, bu strukturlara (AB və NATO) daxil olan ölkələr zəncirində zəif bir halqa, yəni daha zəif ölkə seçilir, sonra dostluq münasibətləri siyasəti ilə “yemi” özlərinə cəlb etməyə başlayır. Bura maliyyə, texnoloji, hərbi dəstək və ya humanitar siyasət daxildir. Beləliklə, Rusiya onları özlərinə möhkəm bağlayır və sonra artıq "işə götürmə" mexanizmi işə salınır. Ancaq bunun üçün əvvəlcə hər cür məlumat əldə edilməlidir. Hansı ölkədə maliyyə vəziyyəti necədir, düşmən düşərgəsində şübhə yaratmamaq şərtilə hansı ölkədə möhkəm kök salmaq olar- bütün bunlar araşdırılır. Sonra hər şeyi təhlil edilir , prioritetləri təyin olunur, fəaliyyət planı hazırlanır və onun mərhələli şəkildə həyata keçirilməsi başlayır.
Bu cür məlumatları əldə etmək və vəziyyətləri qiymətləndirmək əsasən kəşfiyyatın işidir. Ancaq xüsusi hallar istisna olmaqla... Yəni Kremldən insanları zərərsizləşdirmək tapşırığı verildiyi təqdirdə dövriyyəyə başqaları girir.
Kreml kimlərin öldürülməsini əmr edir?
Zərərsizləşdirilənlər sırasına əsasən tapşırıqların icrasından boyun qaçıranlar düşür. Bu, həm də "satqınların" dünyanın hər yerində tapıla biləcəyinin yüksək səslə elanıdır. Litvinenko və Skripal ailəsi ilə bağlı olaylar bunun bariz nümunəsidir. Ancaq burada Qərbin xüsusi xidmət orqanlarını düşündürən daha bir məsələ var. Əgər Rusiya açıq şəkildə QRU vasitəsi ilə satqınları cəzalandırırsa, niyə bu cəza hamısına şamil edilmir? Axı “satqınların” bir çoxu özünü xarici ölkədə rahat hiss edir, Rusiya xüsusi xidmət orqanlarının işinin xüsusiyyətləri haqqında kitablar, xatirələr yazırlar. Bu sual olduqca ciddidir və üzərində düşünməyə dəyər.
"Troya atı"
Məlumdur ki, Kremlin əsas məqsədi müəyyən bir bölgədə öz geosiyasi maraqlarını həyata keçirməklə Rusiyanın təsir dairəsini artırmaqdır. Bu hədəflər dövlətin təhlükəsizliyinin bağlı olduğu milli təhlükəsizlik, xarici siyasət, iqtisadi siyasət, enerji təhlükəsizliyi və digər strategiyalarda xüsusi olaraq müəyyən edilib. İndi çoxluğun kəşfiyyat fəaliyyətini qiymətləndirərkən səhv etdiyi məqama gəldik. Yəni bir çoxları düşünürlər ki, Rusiyanın maraqlarını təmin edən xüsusi xidmət orqanlarıdır. Halbuki əslində xüsusi xidmət orqanları bu maraqları irəli sürür, onun təmini ilə isə başqaları məşğul olur. Başqa sözlə desək, kəşfiyyat orqanları yalnız lazımi məlumatları verir və səlahiyyət sahiblərinin sonrakı hərəkətləri üçün uyğun vəziyyət yaradır. Əsasən bütün “çirkli işləri” görürlər, özlərini məhz belə təqdim edirlər. Məhz bu səbəbdən hər kəs inadla onların fəaliyyətini izlədiyi bir zamanda, hədəf artıq yayındırılmış olur.
Rus kəşfiyyatı məmurları necə əla alır?
Real iş tamamilə fərqli bir yerdə və fərqli oyunçular tərəfindən görülür. Bu oyunçular əsasən digər dövlətlərdə Rusiyanın maraqlarını təmin edən böyük şirkətlərdir.
Məsələn, bunlar “Qazprom”, “Rosneft” kimi şirkətlərdir. Moskva bu şirkətlər vasitəsilə öz maraqlarını müdafiə edir. Bu şirkətlər böyük əməliyyatların maliyyə dəstəkçiləridir. Məhz onların pulu ilə başqa ölkələrdəki yüksək vəzifəli şəxslər ələ alınır, “verbovka” olunur. Bu təşkilatlar bir növ “qara kassa”dır. Ancaq onlar da “obşak”ın yeganə üzvləri deyil.
“Rosatom” açıq təhdidə keçir
QRU və ya digər xüsusi xidmətlərlə əlaqəsi olduğuna dair heç bir zahiri əlamət olmayan şirkətlər də var. Mahiyyətcə onların fəaliyyəti və layihələri də Rusiyanın əsas məqsədinə xidmət edir. Bu cür şirkətlər siyahısına “Rosatom”u aid etmək olar. Qlobal nüvə enerjisi bazarında lider olan şirkət Rusiyanın geosiyasi maraqlarını həyata keçirmək baxımından ən təhlükəli şirkətlərdən biridir. “Rosatom” öz fəaliyyəti ilə unikaldır. Yəni strukturu, dizayn işlərindən tutmuş nüvə elektrik stansiyalarının proqram təminatı, həmçinin təkrar emal edilmiş nüvə yanacağının tədarükü və satışına qədər tam xidməti olan yeganə olan bu şirkətin unikallığı da məhz bundadır. Şirkət dünyanın 20 -yə yaxın ölkəsində var.
Ən maraqlısı odur ki, “Rosatom”un həyata keçirdiyi və başladığı layihələr müxtəlif ekspertlər tərəfindən mənfəətdən uzaq, siyasətə meyilli kimi qiymətləndirilir. Əsasən, şirkət başqa ölkələrdə fəaliyyətini uzunmüddətli kreditlə həyata keçirir və mənfəət əldə etməyə də tələsmir. Bu başadüşüləndir, həmin layihələrə qoyulan maliyyə büdcədən əldə edilir, şirkət əsasən dövlət büdcəsi hesabına fəaliyyət göstərir. Ancaq ölkələrə bu cür güzəştlər, uzunmüddətli kredit şərtləri heç də ucuz başa gəlmir, əksinə, borclu ölkələr üçün baha başa gəlir. Bu zaman Moskva öz maraqlarını işə salır. Əgər borclu ölkə müqavimət göstərməyə başlayarsa, vəziyyət kəskin dəyişə bilər. Moskva istənilən an proqram və avadanlıq vasitəsilə həmin ölkəni cəzalandırmağa cəsarət edər. Bunun üçün kiçik bir radiasiya sızıntısı kifayətdir və bunu təşkil etmək Rusiya üçün o qədər də çətin deyil.
“Montyor” deyib keçməyin, əslində...
Çoxları düşünür ki, “Rosatom”un xüsusi xidmət orqanları, xüsusən QRU ilə nə əlaqəsi var? Hətta “Rosatom”un iş üçün maraqlandığı ölkədə vəziyyətlə bağlı əsas məlumatlara ehtiyacı var. Həmin ölkədəki durumu, siyasi qüvvələrin balansı, iş aparmağın məqsədəuyğunluğunun təhlili, yüksək rütbəli məmurlara rüşvət verməyin mümkün yolları-bütün bunlar “Rosatom”u da maraqlandırır. Bundan başqa, həmin ölkənin iqtisadi vəziyyəti də şirkət üçün əsasdır. Bir sözlə, kəşfiyyat orqanları tərəfindən əldə olunan və təhlil edilən bütün faydalı məlumatlar bu şirkəti də maraqlandırır. Təbii ki, bütün bu informasiya təminatı mühafizə şirkətləri adı altında çalışan xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən edilir. Amma bu da hamısı deyil. Bu cür fəaliyyət diqqəti dərhal çəkər və şübhə yarandıqda bu şəxsləri tez bir zamanda müəyyən etmək olar.
Bu cür işlər üçün texniki heyətə daxil olan, şirkət rəhbərlərinin özlərinin də əslində tanımadıqları işçilər var. Bu cür "ixtisaslaşmış" işçilər xüsusi təlim mərkəzlərində hazırlanır, onlar barəsində hekayələr uydurulur və “montyor” (elektrikçi), mühəndis, proqramçı adı altında xüsusi əhəmiyyət daşımayan mütəxəssis kimi işə götürülürlər. Onlar hətta mülki həyat üçün də xüsusi hazırlıq keçir, vəziyyət dəyişəcəyi, “deşifrə” olunacaqları təqdirdə adi vətəndaş kimi həyatlarını davam etdirə bilirlər. Bu cür mütəxəssislər xüsusi şübhə doğurmurlar. Onlar o qədər də ünsiyyətcil deyil, sadə həyat sürürlər - əylənirlər, sərxoş olurlar, zərurət olanda hətta xuliqanlıq edirlər, bir sözlə, özlərini sıravı şəxs kimi təsdiqləyirlər. Bundan sonra həmin şəxs çalışdığı ölkənin xüsusi xidmət orqanı üçün maraqsız olurlar və bundan əmin olduqdan sonra əsas vəzifələri yerinə yetirməyə başlayırlar.
Mədəniyyət və dini mərkəzlərdəki casus yuvası
Rusiyadan kənarda fəaliyyət göstərən iri özəl şirkətlər, müxtəlif fondlar və mədəniyyət mərkəzləri də belə “Troja atları” kimi təsnif edilə bilər. Onların hamısı bir zəncirin halqalarıdır və Rusiyanın sərhədləri xaricində bu ölkənin geosiyasi maraqlarına təmin edir.
Deyilənlərin hamısını diqqətə alaraq, Bolqarıstanla bağlı vəziyyəti misal göstərmək olar. Rus diplomatlarının və ya diplomatik toxunulmazlığı olan şəxslərin Bolqarıstandan çıxarıldığına dair 10 -dan çox hadisəyə baxmayaraq, Moskva nəinki adekvat hərəkətlərlə cavab vermədi, hətta buna etiraz etmədi. Kreml sadəcə heç nə olmamış kimi davrandı, casus qalmaqalına göz yumdu. Bu cür mövqe ancaq bir məqsəddən xəbər verirdi. Rusiyanın Bolqarıstanla bağlı daha ciddi planları var və bunun üçün bu cür “şillələrin” bağışlanması lazımdır. Və ya hər şey plan üzrə gedirdi. Moskva sadəcə əsl casus şəbəkəsini uğurla “fırlatdı”, eyni zamanda Bolqarıstanın Qərb qarşısında Şimali Atlantika İttifaqına sadiq bir ölkə imicini qorudu.
Rusiya nüvə enerjisi sektoru Bolqarıstanda xüsusilə rahatdır. "Rosatom" dövlət şirkəti 2018 -ci ilin iyul ayında “Kozloduy” AES -in 6 nömrəli enerji blokunun ömrünü 60 ilə qədər uzatmaq üçün texniki -iqtisadi əsaslandırmanı tamamlayıb. 2019 -cu ilin dekabrında 2025 -ci ilə qədər Rusiyanın nüvə yanacağının tədarükü üçün TVEL SC ilə “Kozloduy” AES arasındakı müqavilə uzadıldı.
Bundan əlavə, Bolqarıstan həm iqtisadi, həm də maliyyə baxımından Rusiyaya o qədər bağlıdır ki, Moskva özünü vəziyyətin ağası hesab edir və rəsmi Sofiya bolqarların xüsusilə qarşı çıxmadığı Rusiyanın maraqlarını nəzərə almaq məcburiyyətindədir. Xüsusilə, Bolqarıstan Xarici İşlər Nazirliyinin və Rusiyanın Sofiyadakı səfirliyinin internet saytlarında yayımlanan rəsmi məlumatlara görə, iki ölkə arasında ticarət dövriyyəsi 4,269 milyard dollar, ticarət saldosu isə Rusiyanın xeyrinə 3,101 milyard dollar təşkil edib. Rusiyanın Bolqarıstandan idxalında dərman vasitələri də daxil olmaqla, elektrik avadanlıqları və kimya məhsulları üstünlük təşkil edir. Rusiya isə Bolqarıstana əsasən enerji xammalı və emal məhsulları, borular, alüminium, mis, mineral gübrələr ixrac edir.
Dövriyyəyə əlavə olaraq, Bolqarıstanda toplanan birbaşa Rusiya investisiyalarının həcmi təxminən 8 milyard avrodur. Rusiyada isə 103 milyon avro Bolqarıstan sərmayəsi var. Rusiyada üçün ən əhəmiyyətli sərmayə “Lukoil” şirkətlər qrupu tərəfindən Balkanların ən böyük neft emalı zavodu olan "Neftohim Burgas"ın alınması və modernləşdirilməsidir.
İqtisadi bağlılıq böyük şirkətlərlə məhdudlaşmır. Rusiya vətəndaşlarının Bolqarıstandakı daşınmaz əmlak sektorunda maliyyə aktivliyi çox yüksəkdir. Son 5-6 ildə ruslar Bolqarıstanda daşınmaz əmlaka 17- 19 milyard ABŞ dolları sərmayə qoyublar.
Qeyri-iqtisadi əməkdaşlıq sektoruna gəldikdə, Bolqarıstan praktiki olaraq mədəniyyət, təhsil və din adı altında casusluq işləri ilə məşğul olan müxtəlif mədəniyyət mərkəzləri ilə doludur.
“Troya atı” yerişini pozmur
Bolqarıstan nümunəsi tək deyil. “Troja atı” özünü reallaşdırmaqda olduqca uğurludur. Bu, illər ərzində işlənmiş və təsdiqlənmiş hərəkət taktikasıdır. Nə qədər qəribə görünsə də, indiyə qədər çox dəqiq, aydın və ahəngdar işləyir.
Rusiya öz siyasətini uğurla davam etdirərkən - "Sizə yaxşı deyil, bizə isə belə sərf edir” yanaşmasını üstün tutur.
Qərb ölkələri bu vəziyyət qarşısında düşünməli, vəziyyəti təhlil etməli və eyni aydın cavab strategiyası hazırlamalıdır. Avropa Birliyi və NATO ölkələri Rusiya ilə münasibətlərdə köhnə atalar sözünə əməl etsələr, yaxşı olar: "Çörək və su dərd tortundan daha yaxşıdır".
Çevirdi: Elnarə Kərimova
Cebhe.info
Paylaş:
Müəllif : Fuad
Tarix:7-10-2021, 11:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-10-2021, 11:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08