reklam
Regionxeberlericom.az » Cəmiyyət » 28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq - RƏSMİ

reklam

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq - RƏSMİ



Bu gün bəzi saytlarda Milli Məclisə daxil olan “Müstəqillik Günü haqqında” qanun layihəsinin qəbulundan sonra 28 may və 18 oktyabrın iş günü olacağı ilə bağlı məlumatlar yayılıb.

Məlumat a görə, qanun layihəsinin qəbulundan sonra 28 may - Müstəqillik Gününün qeyri-iş günü, 18 oktyabr - Müstəqilliyin Bərpası Gününün isə iş günü olacağı nəzərdə tutulur.

Qeyd edək ki, qüvvədə olan Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, 28 may – Respublika Günü iş günü hesab edilməyən, 18 oktyabr – Dövlət Müstəqilliyi günü isə iş günü hesab edilən bayram günləri olub. Qanun layihəsi qəbul olunduqdan sonra bayram günlərinin adları dəyişsə də, 28 mayın qeyri-iş, 18 oktyabrın iş günü olması dəyişmir.

Xatırladaq ki, Milli Məclisə ölkə Prezidentinin imzası ilə “Müstəqillik Günü haqqında” qanun layihəsi daxil olub.

Qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.


Paylaş:


Müəllif : Tarix:
7-10-2021, 16:13
Sikayət   


loading...
Загрузка...