Bu şəxslər 3-cü doza vaksini mütləq vurdurmalıdır - TƏBİB
“Artıq Azərbaycanda da 3-cü doza ilə peyvəndləmə işləri aparılır”.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib. O bildirib ki, 3-cü dozanı ilkin dozanın üzərindən 6 ay və çox keçmiş şəxslər vurdura bilər: “3-cü doza vaksini yüksək risk qrupuna daxil olanlar - səhiyyə, təhsil, vətəndaşlara xidmət sektoru işçiləri, 65 yaşdan yuxarı olanlar, həmçinin 18 yaşdan yuxarı və xroniki xəstəlikləri olan şəxslər mütləq şəkildə vurdurmalıdır.
Dünya praktikasına əsasən, 3-cü doza olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə halı və mortalitə (ölüm halları) aşağı düşüb. Pandemiya dövrünün hələ də davam etdiyini düşünərək mütləq şəkildə peyvəndləmə aparılmalıdır. Bəzən insanlar şəkəri, allergiyası var deyə yanlış olaraq peyvənd olmaz deyə düşünürlər. Bunlar əsassızdır. Kəskin bir durum olmadığı halda mütləq peyvəndlənmə aparılmalıdır”.
N.Əliyev qeyd edib ki, 1-ci və ya 2-ci dozadan sonra nadir də olsa ciddi yan təsir ola bilər: “Bu hal çox az olsa da, dünya praktikasında da görülüb. Həmin halla rastlaşan vətəndaş müraciət edərək həkim komissiyası tərəfindən müayinə edilir, bundan sonra əks-göstəriş sertifikatının verilməsi üçün məsələyə baxıla bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-10-2021, 16:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-10-2021, 16:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52