reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Sən muğamları nə vaxt öyrəndin ki, toylarda zəngulə vurursan?” - Həmkarlarını qınadı...

reklam

“Sən muğamları nə vaxt öyrəndin ki, toylarda zəngulə vurursan?” - Həmkarlarını qınadı...


“Bu tədris mövsümündən artıq Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışam. Əslində keçən mövsümdən müəllim kimi fəaliyyətə başlamalı idim, elə oldu ki, pandemiya düşdü, bütün tədris ocaqları - məktəblər, universitetlər bağlandı. Hər zaman arzu edirdim ki, tələbələrim olsun, özümü müəllim kimi sınayım. Bu arzuma da çatdım, şükür Allaha”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. O daha sonra əlavə edib.

“Bəzən görürsən ki, yetişdirirsən kimisə efirə çıxıb ümumiyyətlə, müəlliminin adını çəkmir. Söhbət məndən getmir, bizim digər ustad sənətkarlarımızdan gedir. Dünən müsabiqədən çıxırlar, bu gün artıq toylarda oynaq mahnılar oxuyurlar. Sən muğamları nə vaxt öyrəndin ki, üstəlik də toyda zəngulə vurursan? O vaxt böyük sənətkarlar tələbələrinə filmlərdə çəkilməyə, toylarda oxumağa icazə vermirdilər. İndi dövr dəyişib. Toyxananı efirə, səhnəyə daşıyıblar. Dədə segahı, nənə segahı, qardaş segahı, bunlar efirlik deyil. Bunlar hamısı toy repertuarıdır. Efirlərimiz, zövqümüz də korlanır. Bir tələbəm var, deyir ki, müəllimə, istəyirəm pul qazanım, müsabiqəyə çıxım, müsabiqədən sonra da maşınım, evim olsun. Bu cür olur ki, gənclərin muğama, sənətə yox, pula hərisliyi baş alıb gedir də. Belə olan halda isə olan tamaşaçıya olur”, - deyə sənətçi bildirib.


Paylaş:


Müəllif : Tarix:
8-10-2021, 09:03
Sikayət   


loading...
Загрузка...