reklam
Regionxeberlericom.az » Cəmiyyət » 5 yaşlı uşağın belinə 5 kiloluq çanta qoymaq olar? – Təhsil nazirinin təklifi müzakirə olunur

reklam

5 yaşlı uşağın belinə 5 kiloluq çanta qoymaq olar? – Təhsil nazirinin təklifi müzakirə olunur


Təhsil naziri Emin Əmrullayev məktəbə qəbul yaşının 6-dan 5-ə azaldılması təklifini irəli sürüb. Bu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Valideynlər arasında caşqınlıq yaradıb, narahatçılığa səbəb olub, etirazlar var.

Təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a açıqlamasında öyrənmənin daha erkən yaşa endirilməsinin tərəfdarı olduğunu deyib:

“Təhsil naziri Emin Əmrullayev konkret olaraq yaş məsələsini yox, ümumən tədrisin təşkilində yaşın endirilməsinin tərəfdar olduğunu deyib. Mən də bunun tərəfdarıyam. Ümumiyyətlə, öyrənmə daha erkən başlamalıdır. Yəni uşaqlarımız oynayaraq öyrənməlidirlər”.

Ekspertin sözlərinə görə, bu gün valideynlər bağça, məktəbəqədər təhsil müəssisəsi tapa bilmirlər:

“Orta ümumtəhsil məktəblərində şagirdlər 5 yaşdan etibarən ümumi könüllülük prinsipi əsasında məktəbəhazırlıq qruplarına yazılırlar.Yəni bu gün ölkənin 2009 məktəbində 90 min şagird məktəbhazırlıq qruplarına cəlb edilib. Hətta valideynlər övladlarının bu qruplara yazılması üçün müxtəlif yan vasitələr axtarırlar. Azərbaycanda1671 uşaq bağçası var. Bu, uşaqların 25 faizini əhatə edir. Odur ki, valideynlər uşaqları məktəbə qoymaqla çıxış yolu tapacaqlar.

2016-2017-ci ildə qəbul edilmiş məktəbəqədər təhsil haqqında qanuna görə, uşaqlar 1 yaşdan etibarən bağçalara gedə bilərlər. 2-3 yaşı olan uşaqları artıq valideynləri hansısa kurslara, bağçalara göndərilir. Onar şeir əzbərləyir, müəyyən şeylər öyrənirlər. Hətta 4 yaşında oxuyub-yaza, hesablaya bilən kifayət qədər azyaşlı var.

Dünyanın inkişaf etmiş ölkələrində, məsələn, Cənubi Koreya, Sinqapur və Yaponiyada, Avropa və Amerika qitələrinin bir çox ölkələrində uşaqlar 5 yaşdan etibarən məktəbə cəlb edilir. Bu heç də o demək deyil ki, 5 yaşlı uşaqların belinə 5 kq-lıq çanta veriləcək”.

Kamran Əsədov qeyd edib ki, 12 illik təhsil yuxardan artırılmalı deyil, aşağıdan bir pillə azaldılmalıdır:

“Hazırda Konstitutsiyaya görə, əgər fiziki, psixoloji vəziyyəti yaxşıdırsa, icbari təhsil 6 yaşdan başlayır. Könüllülükdə isə 5 yaşdır. 2013-cu ildə qəbul edilən qərara görə, Azərbaycan 12 illik təhsilə keçib. 12 illik yuxardan artırılma deyil. Aşağıdakından bir pillə azaldılmalıdır.

Bu gün ümumtəhsil məktəblərində tədris yükünün ağırlığından, şagirdlərin qavrama imkanlarının məhdudlaşmasından şikayət var. Ona görə də,ilkin oxuma, hesablama, yazma, dinləmə, anlamaq vərdişləri formalaşdırılmalıdır. Oynayaraq öyrənmə metodikası tətbiq edilməlidir. Finlandiyada məktəbə 7 yaşda gedirlər, lakin 4-cü sinfə qədər oyanayaraq dərs öyrənirlər. Yəni biz “Tarix” dərsində Misirdə olan piramidaların tarixini keçiriksə, onlar piramidanı düzəltməyi öyrədirlər”.


Paylaş:


Müəllif : Tarix:
8-10-2021, 13:25
Sikayət   


loading...
Загрузка...