“Narkotik istifadəçiləri vaksin olunsa da, onlarda immun yaranmaya bilər”
Bildiyimiz kimi vaksinasiya prosesi hələ də davam edir. Vaksinasiyadan müəyyən kateqoriyaya daxil olan şəxslər azad olunur. Sosial şəbəkələrdə narkotik itifadəçilərin vaksinasiyadan keçib-keçməməsi ilə bağlı maraqlı fikirlər dolaşır. Hətta belə fikirlər də var ki, vaksinasiyadan keçsələr bu onlara əks təsir göstərə bilər.
Maraqlıdır, narkotik istifadəçiləri arasından vaksinasiya olunanlar varmı? Bu onlara necə təsir göstərə bilər? Doğurdanmı, onlar üçün vaksinin ziyanlı tərəfləri var?
Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə açıqlamasında deyib ki, qeydiyyatda olmayan narkotik istifadəçiləri arasında vaksin vurduranlar var:
“Onların vaksinasiya olunub və ya olunmamaları ilə bağlı məndə hər hansı bir rəsmi statistika yoxdur. Təbii ki, hesab edirəm ki, müəyyən şəxslər yəqin ki, vaksinasiyadan keçib. Çünki narkotik istifadəçilərinin hamısı qeydiyyatda deyil. Hansılar ki, artıq narkotikdən ciddi asılıdırlar, orqan və sistemlərində müəyyən problemlər yaranıb onlar xəstəxana müalicəsinə düşəndə özləri də istəmədən qeydiyyata alınırlar.
Lakin bu gün cəmiyyətdə o qədər narkotik istifadəçiləri var ki, onlar heç biri qeydiyyatda deyil. Təbii ki, qeydiyyatda olmayanlar arasında vaksinasiyadan keçənlər var. Amma qeydiyyatda olanların vaksinasiyadan keçməsi barədə məlumatım yoxdur”.
Həkimin sözlərinə görə, vaksin olunsalar da onlarda immun yaranmaya da bilər: “Sizcə vaksin daha zərərli ola bilər, yoxsa narkotik. Təbii ki, narkotik. Narkotik istifadəçilərində vaksin istifadəsi zamanı immunitet zəif yaranacaq. Bəzən də heç immunitet yaranmaya bilər. Çünki narkotik bütün orqan və sistemlərə, xüsusən immun sistemlərin fəaliyətinə mənfi təsir göstərir. Ona görə immunitet yaranmaya bilər. Və yaxud da çox zəif yarana bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-10-2021, 14:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-10-2021, 14:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti