reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Bu tərbiyəsizlərə görə ölkədən getmək istəyirəm!”

reklam

“Bu tərbiyəsizlərə görə ölkədən getmək istəyirəm!”


Əməkdar artist Ruhəngiz Allahverdiyeva yeni açıqlaması ilə diqqət çəkib. Sənətçi sosial şəbəkələrdə onun ünvanına yazılan tənqidi şərhlərdən şikayətlənib.

Əməkdar artist bu sözlərin onun evində dava-dalaş yaratdığını da qeyd edib: "Yazırlar ki, "Dövlət niyə buna ad verib?", "Görəsən, bu niyə bu mərmərdən baxmır?". Atanın, yoxsa ananın çörəyini yeyirəm? Bəlkə, sən mənə çörək verirsən? Ömrü verən Allahdır. Kimin ərini, oğlunu almışam ki, bu qədər narahatdır? Çox tərbiyəsiz sözlər yazırlar. Yəqin, bunların evdə ana-bacıları, valideynləri bu işlərlə məşğuldur.

Açıb qapını görürlər, ona görə gözlərinin önündən getmir. Fotoşopa görə dava edirlər. Mən müğənniyəm, istədiyim şəkli qoya bilərəm. Bu tərbiyəsizlərə görə ölkədən getmək istəyirəm.

Yazılanlara görə ailəmdə dava düşüb. Niyə camaatın ailəsini dağıdırsınız? Bununla çörək qazanırsınız? Mən biqeyrətliklə pul qazanmaram".


Paylaş:


Müəllif : Tarix:
10-10-2021, 09:25
Sikayət   


loading...
Загрузка...