“İnqilab Keşikçiləri Korpusu Azərbaycanda “Hüseynçilər” hərəkatı yaradıb...”
İranla Azərbaycan arasında artan gərginlik fonunda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığı elan edilib.
Bu barədə “The Middle East Monitor” portalı yazır. Müəllif Ömər Əhməd qeyd edir ki, bu qruplaşma barədə ətraflı heç nə məlum deyil, hərçənd onun 2019-cu ildə Suriya münaqişəsi zamanı formalaşdırıldığı deyilir.
“Lakin hərəkat rəsmən bu günlərdə aktiv edilib. “Hüseynçilər”, yaxud “Hüseyniyun” İslam Respublikasının Yaxın Şərqdəki “Müqavimət oxu” (Axis of Resistance) kimi bilinən digər müttəfiqlərinin bütün simvollarına-sarı və yaşıl rənglərin birləşməsinə, hücum silahı tutmuş ələ malikdir”,-müəllif bildirir. (virtualaz.org)
Məqalədə qeyd olunur ki, hadisələrin bu cür inkişafı təbii ehtiyatlarla zəngin ölkədə daxili təhlükəsizliyin və siyasi stabilliyin pozulması tendensiyasını başlada bilər. Baxmayaraq ki, Azərbaycan əhalisinin əksəriyyəti şiələrdir, amma uzun illərin sovet idarəçiliyindən sonra o hələ də əhəmiyyətli dərəcədə dünyəvi ölkə olaraq qalır.
“Bu da mühümdür ki, indiki hökumət İsrailin və Türkiyənin vacib müttəfiqidir. Hərçənd Tehran əvvəllər də öz inqilabını Azərbaycana ixrac etməyə can atıb, amma bu işdə əhəmiyyətli uğur qazana bilməyib. Azərbaycanda 1991-ci ildə təsis edilən İslam Partiyası İran tərəfindən gizli maliyyələşdirildiyinə, hökumət çevrilişinə və ölkədə islam respublikası qurmağa cəhd etdiyinə görə dörd il sonra bağlanıb. Amma partiya fəaliyyətini daha bir neçə il qeyri-leqal davam etdirib və 2011-ci ildə onun lideri Mövsüm Səmədovun həbsi onun fəaliyyətinin kulminasiyası olub”,-nəşr yazır.
Müəllif qeyd edir ki, İsrailin kəşfiyyat və terrorçuluq üzrə informasiya mərkəzi Meir Amitin (ITIC) məlumatlarına görə, İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələri Azərbaycanda 90-cı illərin əvvəllərindən fəaliyyət göstərir. “Mərkəzin məlumatlarında deyilir ki, Azərbaycan müstəqillik əldə edəndən bəri “Qüds” qüvvələri ona qarşı pozucu fəaliyyətlə məşğul olub. İranın məqsədi Azərbaycanda destablizasiya yaratmaq, onun hakimiyyətinə təzyiq göstərmək və ölkənin dünyəvi xarakterini dəyişdirmək, habelə qərbyönümlü oriyentasiyasını dəyişdirmək və İsraillə yaxın münasibətlərinə zərər vurmaqdır”,-“The Middle East Monitor” bildirir.
Qeyd edilir ki, Azərbaycan İslam Partiyasının bəzi keçmiş üzvləri 1993-cü ildən fəaliyyətdə olan, İran tərəfindən maliyyələşdirilən “Azəri Hizbullah” və 1995-ci ildə yaradılan, Bakıdakı ABŞ və İsrail səfirliklərinə hücum planlaşdıran “Ceyşullah” yaradıblar.
“Praqmatik nöqteyi-nəzərdən İran Azərbaycan millətçiliyini öz ərazisində böyük sayda azərbaycanlıların yaşamasına görə daxili işlərinə təhdid kimi dəyərləndirir. Bakı ilə əlaqələr saxlamaqla bərabər İran Azərbaycanın qatı düşməni olan Ermənistana daha çox meylli hesab edilir. Məhz bu səbəbdən İran bilir ki, bir vaxtlar Fars imperiyasının və Qacar şah İranının bir hissəsi olmuş qonşularına münasibətdə ehtiyatlı davranmalıdır. İran artıq Türkiyə və Rusiyanın iştirakı ilə ötən ilin payızında Qarabağdakı müharibənin dayandırılması razılaşması baxımından ən çox uduzan tərəf kimi nəzərdən keçirilib. Bununla belə İsrailin Azərbaycanla getdikcə artan yaxınlığı İranda narahatlıq yaradır, ötən həftənin əvvəli İran qəti şəkildə bildirdi ki, regionda hər hansı geosiyasi dəyişikliyə imkan verməyəcək”,-ərəb nəşri qeyd edir.
Müəllifə görə, İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərin hansısa eskalasiyaya gətirib çıxarması az ehtimal ediləndir. Amma İran digər Yaxın Şərq ölkələrində olduğu kimi dağıdıcı müxalif qrupları maliyyələşdirmək və ya “Müqavimət oxu” çətiri altında silahlı qrupları dəstəkləməyə yönəlmiş ardıcıl və effektiv siyasətinə üstünlük verə bilər.
“Tehranın Azərbaycanla münasibətləri sözün birbaşa mənasında münaqişəyə gətirib çıxarmayacaq, amma “Hüseynçilər”in meydana çıxması bunun aydın göstəricisidir ki, İranın öz düşmənlərinə qarşı qeyri-ənənəvi vasitələrlə fəaliyyət göstərmək imkanları var”,-məqalədə deyilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-10-2021, 08:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-10-2021, 08:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16