reklam
Regionxeberlericom.az » Cəmiyyət » Təhsil naziri qız uşaqlarının təhsilindən danışdı

reklam

Təhsil naziri qız uşaqlarının təhsilindən danışdı


"Bu gün Azərbaycanda qız uşaqlarının 90 %-dən çoxu təhsil ala bilir. Burada heç bir hüquqi maneə yoxdur. Bununla belə müəyyən hallarda isə qızların təhsildən yayındırılması qeydə alınır və bu bizi narahat edir".

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, məktəbə getməyən qız gələcəkdə ailə quraraq ana olacaq: “Nəticədə həmin qadının öz övladının təhsili ilə məşğul olmasında çətinlik yaranacaq. Biz təhsilsiz qalan qızların problemlərinin gizlədilməsi tərəfdarı deyilik. Məsələ qısa müddət ərzində nə qədər çox üzə çıxarılsa bir o qədər də problemin həlli istiqamətində addımlar atıla bilər”.

O əlavə edib ki, ali məktəblərə qəbul zamanı ixtisasların qız və oğlanlar arasında paylanmasında müəyyən uyğunsuzluqlar var:

“Kişilərə aid edilən ixtisaslarda qızların sayı hələ də aşağı səviyyədədir. Bu da bizi ciddi müzakirə aparmağa sövq edir. İstərdim ki, bu sahədə bərabərliyi təmin edək”. / Report


Paylaş:


Müəllif : Tarix:
11-10-2021, 11:30
Sikayət   


loading...
Загрузка...