reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Müharibə vaxtı mən qadınlarımıza, qızlarımıza həsəd apardım" - Novella Cəfəroğlu

reklam

"Müharibə vaxtı mən qadınlarımıza, qızlarımıza həsəd apardım" - Novella Cəfəroğlu



“Mən həmişə demişəm ki, güclü kişinin arxasında, güclü qadın durmalıdır. Onda kişi kişiliyinə çatar, qəhrəmanlıq edər.Yəni bu gün o müharibədə qalib gəlmək də həmin qadınların hesabına başa gəldi. Çünki o döyüşçülərimizin arxasında güclü qadınlar durmuşdu”

Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Qızlar Günü haqda danışarkən deyib. N.Cəfəroğlu bu münasibətlə qızlarımızı təbrik edib:

“O oğullarımız elə tərbiyə almışdılar ki, vətən üçün canlarını fəda etdilər. Bunların hamısının başında isə qadınlarımız dururdu. O yerdə ki, bir qadın öz ərinin, bir ana öz oğlunun tabutunun altına girir o millət dünyasında məğlub ola bilməz.

Müharibə vaxtı mən qadınlarımıza, qızlarımıza həsəd apardım. Onlar nəsə bişirirdilər, corab toxuyub əsgərlərimiz üçün göndərirdilər. Mən bu qızlarımızda, qadınlarımızda vətənə, əsgərlərimizə o qədər məhəbbət gördüm ki, onlarla qürur duydum. Bu gün Qızlar Günü münasibətilə onları təbrik edirəm. Vətənimizin o cür qeyrətli qızlarımıza ehtiyacı var. Onlardan biri də tib bacısı Arəstə Baxışova idi ki, Vətən müharibəsində şəhid oldu. Bir Tanrı, bir də qadın insan yaradır. Bu, qızlara tanrı tərəfindən göndərilən ən böyük hədiyyədir. Qızlarımız həmişə qürurlu, güclü olsunlar, özlərinə inamı itirməsinlər. Vətəni qoruduqları kimi, ailələrini də qorusunlar”.

Qeyd edək ki, bu gün Beynəlxalq Qızlar Günüdür. 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.


Paylaş:


Müəllif : Tarix:
11-10-2021, 13:08
Sikayət   


loading...
Загрузка...