Dindarlar niyə susur? - ETİRAZ
İranın müxtəlif dairələrinin təxribatı ucbatından ölkəmizlə xeyli müddətdir davam edən gərginlik yenə cənub qonşumuzun artan təxribatları sayəsində gündən-günə pisləşməkdə davam edir.
Siyasi müstəvidə İran təxribatlarına ciddi cavablar verilsə də, təəssüf ki, dini müstəvidə heç bir irad bildirilmir.
Halbuki Azərbaycana qarşı təxribat ilkin olaraq dini müstəvidə edildi.
Azərbaycanla eyni dinə mənsub olan İran dövlətinin bu cür düşmənçiliyi din xadimləri tərəfindən tənqid edilməli olduğu halda bu cəbhədə sakitlik hökm sürür.
Doğrudanmı baş verənlərin azərbaycandakı dindarlara heç bir dəxli yoxdur? Əslində onlar susmaqla az qala Azərbaycana qarşı olan təxribatlara dəstək vermiş olurlar.
Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Cavid Osmanov Azərbaycana qarşı təxribatı İranın kiçik bir əyalət mollasının başlatdığını xatırladıb. Deputat hesab edir ki, İranın addımları vəziyyətin süni şəkildə gərginləşdirilməsinə istiqamətlənir: "Cənub qonşumuzun qərəzli və böhtan xarakterli bəyanatlarla Azərbaycana qarşı çıxması ölkə ictimaiyyətində haqlı narazılıqlara səbəb olub. Sözsüz ki, İranın bu mövqeyi qəbuledilməzdir. İran bilməlidir ki, Azərbaycan uzun illərdir, Prezident İlham Əliyevin başçılığı ilə müstəqil siyasət yürüdür. Bölgə ölkələrinə və Ermənistan istisna olmaqla dünyanın bütün ölkələrinə qarşı xoş münasibətləri davam etdirir. Xüsusilə, bölgə ölkələri ilə Azərbaycanın qurduğu əməkdaşlıq, dostluq və qonşuluq münasibətləri fonunda eyni yanaşma görən İranın din birliyinə kölgə salması anlaşılan deyil. Azərbaycanda ictimai-siyasi xadimlər, politoloqlar və aktiv şəxslər, sadə vətəndaşlar İranın qərəzli mövqeyinə cavab verməkdədir.
Bu, belə də olmalıdır. Çünki ölkəmizə yönələn qərəzli çıxışlar, ittihamlar cəmiyyət tərəfindən pis qarşılanır və bu siyasəti yürüdənlərə layiqli cavab verilir. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxladığı müddətdə məscidlərimizi dağıdıb, donuz və s. heyvanları orada saxlayaraq, İslam dinini təhqir etdiyi halda, İran bu ölkə ilə münasibətlərini qardaşlıq səviyyəsinə çatdırıb. Bütün bunların fonunda azərbaycanlı din xadimlərinin İranın qərəzli mövqeyinə tutarlı cavab verməmələri məndə təəccüb doğurur. İrandakı bəzi əyalət mollaları və din nümayəndələrinin ölkəmizə qarşı addımları bizim din xadimləri tərəfindən tutarlı cavablandırılmalı idi.
Onlar İslam dəyərlərini rəhbər tutaraq, molla rejiminin qarşısına faktlar qoymalıdırlar. Həmin qərəzli mövqe sərgiləyən mollalar yerində otuzdurulmalıdır. İndiyə qədər belə tutarlı addıma rast gəlməmişik. Yaxşı olar ki, din xadimlərimiz qabaqcıl mövqe tutub, dövlətçilik mövqeyindən çıxış etsinlər, Azərbaycana istiqamətlənən mənfi yanaşmalara qətiyyətli cavab versinlər".
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2021, 10:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-10-2021, 10:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti