Qalmaqallı şirkət Nərimanov sakinlərini ayağa qaldırdı
Nərimanov rayon sakinləri vəd olunan vaxtda binanı təhvil vermədiynə görə etiraz aksiyası keçiriblər.
Ötən gün sakinlər tikinti inşa olunan əraziyə, sonra icra hakimiyyətinin binası qarşısına toplaşıblar. Onlar bildiriblər ki, 2017-ci ilin oktyabrında “EvroStroy-S.S” şirkəti Nərimanov rayonu Firdovsi Məmmədov-17 ünvanında yaşayan sakinlərlə müqavilə bağlayıb. Pilot layihə kimi təqdim olunan müqaviləyə əsasən evlər sökülüb, yerində bina tikiləcək və onlara buradan ev veriləcəkdi. Ev hazır olana qədər şirkətin hesabına sakinlər kirayə evlərə çıxarılıb. Müqavilənin şərtlərinə görə, şirkət 20 ay müddətində binanı təmirli şəkildə sakinlərə təhvil verməli idi. Amma neçə vaxtdır vaxt bitib, amma binanın tikintisi bitməyib.
Şikayətçilərdən biri etirazını bu ifadələrlə bildirib: “Xalqın tələbini yerinə yetirin! Mənimlə 3 aylıq müqavilə imzalamısınız. Məni 3 aydır, çölə atıblar. Camaatın qapısındayam”.
Rühəngiz Ağayeva adlı etirazçı qeyd edib ki, o şirkətin məsuliyyətsizliyi üzündən nə üçün qalmalıdır: “ Biz yaşamırıq, biz sadəcə, nəfəs alırıq. Evimizdə ölmək istəyirik. Nə vaxta qədər qapılarda süründürsünlər, alşatsınlar, şəxsiyyətimizə toxunsunlar? Nə vaxta qədər kirayələrdə qalmalıyıq? Nə vaxta qədər şirkətlərin qabağında boynumuzu bükməliyik?”
Heydərəli Məmmədov adlı sakin isə, şirkət tərəfindən göndərildikləri evlərdə kirayə haqlarınının gecikdirilməsinı söyləyib: “Biz kirayələrdə qalırıq. Kirayə pullarını gecikdirilər. Ev sahibləri bizi evdən çıxarır. Bu evdən o evə, o evdən bu evə. Əziyyət çəkirik. Deyir, hələ pul yoxdur, gözləyin”.
Bu ərazidən 156 ailə köçürülüb. Sakinlər bildirilər ki, bina onlara vəd olunan layihə ilə tikilmir. Tikintinin altından isə qrunt suları çıxır. Son 1 aydır, onlara kirayə haqları da ödənmir. Həcər Mircəfərova adlı sakin şirkət qarşısında dayanan mühafizə xidmətinin onlara qarşı hörmətsizliyindən danışıb:
“Şirkətin qarşısında bir mühafizə xidməti qoyublar, O da yaşlılara, cavanlara hansı sözü deyir- “Çox danışmayın, qollarınıza qandalı saldırarıq, apararıq Xətaidəki qadın kaloniyasına”.
Qeyd edək ki, müqavilədə adı “EvroStroy-S.S” keçən şirkətin adı sonradan dəyişdirilərək “Sipark” İnşaat MMC edib. Bu şirkət həm əvvəlki, həm də indiki adı daim qalmaqallarda, frıldaqçılıqda hallanıb.
Şikayətçilərin qarşısına çıxan şirkətin nümayəndəsi olduğunu deyən şəxs özünü təqdim etməkdən imtina edib. O, bildirib ki, şirkət rəhbərliyinə bu gün şikayətçilərin şikayətini çatdıracaq:
“Bu gün hamınızın qarşısında söz verirəm ki, şirkət rəhbərliyində mən bu gün görüş keçirəcəm. Sizin bütün tələblərinizi olduğu kimi yerinə yetirəcəm. Tamamilə doğru deyirsiniz, 3-4 ay burada tikinti ləngidi. Amma 2-3 aydır, özünüz hiss edirsiniz ki, burada iş hansı tempdə gedir”.
Bundan sonra şikayətçi Həcər Mircəfərova onun sözlərinin yalan olduğunu deyib: “Şükür olsun Allahın böyüklüyünə. Buradakı insanların gözləri görür. Bizi aldatmayın. 6 blokdur, ömrü boyu burada da 6 fəhlə işləyib. Deməli, 1 fəhlə 1 bloka düşür”.
Sakinlər sonra Nərimanov rayonu İcra Hakimiyyətinə yollanıblar. İcra başçısı ilə görüşmək istəsələr də, onları şöbə müdiri Hüseyin Cəfərov qəbul edib. O, deyib ki, şirkət rəhbəri icra hakimiyyətinə dəvət olunub, onunla söhbət ediləcək:
“Onların maliyyə problemi yoxdur, maliyyə problemi olan təşkilatlarla biz işləmirik”.
Sakinlər binanın təhvil verilməsi gecikdirilsə, şirkəti məhkəməyə verəcəklərini bildiriblər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-06-2019, 15:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-06-2019, 15:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08