reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 15 oktyabr

reklam

Bürclər- 15 oktyabr



Günün ikinci yarısında təkidli və əzmli olsanız, sərfəli anlaşmaya, karyera pilləkənində irəliləyişə nail ola bilərsiniz. Tez uğura bel bağlamayın. Məqsədə çatmaq üçün bir neçə dəfə cəhd göstərmək lazımdır.
İşdə və evdə həllini gözləyən məsələlər az deyil.
Axşam saatlarında normal istirahətə vaxt tapın. Eksperimentlərə əl atmayın.

Buğa - günün ilk yarısında maliyyə problemləri yarana bilər. İtkilər və zərər istisna deyil. Gözlədiyiniz gəlir gecikir. Dostlar və qohumlarınıza yardım üçün müraciət etməli olacaqsınız. İşdə problemlər yaranacaq. Adi, həmişəki işlər və tapşırıqlar sizə ağır gələcək. Emosional olmayın, narazı qaldığınızı büruzə verməyin.
Rəhbərliklə mübahisənin qarşıdurma və ya mübahisəyə çevrilməsi maraqlarınıza ziddir.
Günün ikinci yarısında təmaslarınızda diqqətli davranın. Ailə qayğıları və məişət problemlərinin sayı artacaq. Yaxınlarınız sizə diqqət və qayğıya görə minnətdar olacaqlar.

Əkizlər - təşəbbüskar olun. Ən müxtəlif işlərə fəal şəkildə başlayın. Mürəkkəb məsələlərin həllindən qaçmayın. Yardıma əsla ehtiyac duymadağınızı düşünməyin. Dostlar və qohumlar dəstək təklif etsələr, rədd cavabı verməyin. Çünki qayğı vçə problemlərinizi onlarla bölüşsəniz, vaxtla qüvvələrinizə qənaət etmiş olarsınız.
Günün ikinci yarısında sərvaxt, ehtiyatlı olun. Travma riski var. Qida sisteminizdə ağrılar yarana bilər. Kulinar eksperimentlərə aludə olmayın.
Qəfil səfər sizi həyəcanlandıracaq, amma sonuc yaxşı olmayacaq.

Xərçəng - günün ilk yarısında çox önəmli saydığınız məsələnin həllinə başlamayın. Bu zaman kəsiyində yeni layihələr və təşəbbüslər uğursuzluqla başa çata bilər. Müttəfiqlər olmayacaq. Yardıma və dəstəyə bel bağlamayın.
Düşmənlərin sayını artırmayın. Dəyər verdiyiniz insanların xətrinə dəyməyin.
Günün ikinci yarısında tərəfdaşlarınızla münaqişə etməyin. İradlarınıza reaksiyadan sinirlənməyin. Saatlar keçdikcə situasiya düzələcək, işdə uğurlu dövr başlanacaq. Potensial iş yeri sahibləri və tərəfdaşlarla danışıqlarda sayıq olun.
Yaxınlarınızla münasibətləri korlamayın. Sevdiyiniz insan ən kiçik uğurunuza da sevinəcək.

Şir - günün ilk yarısında uzunmüddətli planlar qurmaq, yaşamınızdakı problemləri həll etmək olar. Daha konkret və praktik məziyyətli işlərdən birinin yerinə yetirilməsini təxirə salmaq olar. Ağır işə başlasanız, səhvləri istisna etməyin. Müttəfiqlərlə fikir ayrılıqları yarana bilər.
Günün ikinci yarısında əməkdaşlığı yarımçıq dayandırmayın. Axşam saatlarını evdə keçirin. Qonaq qəbul etmək olar. Dəvət etdiyiniz tədbirdə usanmağınız, yorulmağınız istisna deyil. Çox xoşagəlməz görüş olacaq.
Sevdiyiniz insana qarşı kəskin iradlar irəli sürməyin.

Qız - yetərincə mürəkkəb gündür. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədikləri, çözə bilmədikləri işi başa çatdıra bilərsiniz. Mübarizəyə başlayın, dayanmayın. Sonradan istirahət edə bilərsiniz. Yardımçı və müttəfiqləriniz olacaq. Sizi uğura aparacaq yolda olduğunu qəti şəkildə bilmirsinizsə, ehtiyatlı davranın.
Günün ikinci yarısında sayıq olun. Belədə seçiminizin dürüstlüyü aşkarlanacaq. Maraqlı işgüzar təkliflər, yeni məhsuldar tərəfdaşlığın başlanması istisna deyil.
Axşam saatlarında yeni tanışlıqlar zamanı hisslərinizə hakim olun. Emosiyalarınız nəzarətdən çıxmasın.

Tərəzi - peşəkar fəaliyyət üçün yaxşı gündür. Çözülməli işləri görməyə başlayın. Ciddi və məsuliyyətli olun. Problemlərin öhdəsindən gəlin. Bədxahlar və rəqiblərin sizə maneələr yaratmasına imkan verməyin. İşdə rəhbərliklə önəmli məsələlərin müzakirəsində fikir ayrılıqları olacaq. Mövqeyinizin dürüst, planınızın effektivliyini sübut etməyə çalışın.
Günün ikinci yarısı önəmli görüşlər, sınaqlar, hakimiyyət mənsubları ilə ünsiyyət üçün yaxşı gündür. Gəlirlər mümkündür. Əldə etdiyiniz vəsaitdən artıq pul xərcləməyin. Emosional olmayın. Ailədəki problemi həll etmək olar.

Əqrəb - günün ilk yarısı o qədər də yaxşı deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmayacaq. Kiçik anlaşılmazlıqlar və çətinliklərin sayı artacaq. Situasiya çətinləşəcək. Dəyərli avadanlığın sıradan çıxması, önəmli layihənin icrasında çətinliklərin yaranması istisna deyil.
Eksperimentlərdə sayıq olun.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Dostlar və qohumlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Dəvət aldığınız tədbirə qatılın. Gəlirlər və hədiyyələr olacaq.
Axşam saatlarında evdən kənarda istirahət edin.

Oxatan - günün ilk yarısı çətin və ağır olacaq. Asan qələbələrə bel bağlamayın. Nəticəni əldə etmək üçün ciddi işləmək lazımdır. İntriqalara qatılmayın. Hiyləgərlik etməyin. Fəndləriniz aşkarlanacaq, problemlərinizin sayı artacaq. Nüfuzlu insanlardan dəstək almaq cəhdləriniz yaxşı sonuclanmayacaq.
Günün ikinci yarısında aktiv və enerjili olun. Ruhdan düşməyin. Ehtiyatlı davransanız, itkilərin qarşısını ala bilərsiniz. Ən çətin anlarda yaxınlarınız və müttəfiqləriniz sizi dəstəkləyəcəklər.
Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq. Yaşamınız normal məcrada davam edəcək.

Oğlaq - günün ilk yarısı o qədər də uğurlu deyil. Buna rəğmən yaranan çətinliklərin öhdəsindən gəlməyə çalışın. Ən müşkül və qarışıq situasiyalarda təmkinli olun, soyuqqanlı davranın. Dalaşanları sakitləşdirin, küsənləri barışdırın. Ruhdan düşənlərə ürək-dirək verin.
Yeni dostlar olacaq.
Nüfuzlu insanlarla tanış ola bilərsiniz.
Günün ikinci yarısı dostlar və qohumlarla ünsiyyət, qonaq qəbul etmək üçün münasibdir. İşgüzar məsələlərin qeyri-formal şəraitdə müzakirəsi effektiv olacaq. Uzaqdan xəbər gələcək. Nəzərdə tutulmamış səfər zərurəti yarana bilər.
Axşam saatlarını normal keçirin.

Dolça - dəyişən situasiyaya və fərqli şəraitlərə uyğunlaşmağa çalışın. Əvvəlcədən hazırlanmış planlarda dəyişikliklərə zərurət yaranacaq. Ciddi problemlər yaranmayacaq. Kiçik anlaşılmazlıqlara sərt və aqressiv reaksiya verməyin.
Günün ikinci yarısında nəzər nöqtəniz və baxışlarınız dəyişə bilər. Əhvalınızda fərqlər önəmli olmamalıdır. Yaxınlarınız sizinlə davranmağın modelini arayırlar.
Axşam saatlarına yaxın məişət texnikası sıradan çıxa bilər. İnşaat və təmirlə məşğul olmaq məsləhət deyil. Avadanlıqla, alətlərlə ehtiyatlı olun. Qənaətcil davranın. Alış-verişdə diqqətli olun. İstirahət və əyləncəyə çox pul xərcləməyin.

Balıqlar - hadisələrlə zəngin gündür. İşlər çoxdur və onların əksəriyyəti mühümdür. Hər dəqiqənin hesabı var. Vaxtınızı boşuna keçirməyin. Mənasız söhbətlərə qatılmayın. Real nəticəni qısa müddətdə əldə etməyə imkan verən proseslərə üstünlük verin.
Yaxın ətrafınızdakı insanların yardımlarından imtina etməyin.
Günün ikinci yarısında diqqətli və sərvaxt olun. Yaşamınızı yüngülləşdirməyə çalışın. Nüfuzlu insanlarla ünsiyyət, yaşlı qohumlarla söhbət üçün yararlı zamandır. Dəyərli hədiyyələr, gəlirlər istisna deyil. Şəxsi problemlərinizin həllində sizə dəstək olacaq insan var. Yeni tanışlara inanmağa tələsməyin.
Sizdən sui-istifadə etməyə çalışan insanlar var.






Paylaş:


Müəllif : Tarix:
15-10-2021, 00:04
Sikayət   


loading...
Загрузка...