Şahin Məmmədovun İDARƏETMƏ ƏRKANI... - Əgər yazılanlar həqiqət deyilsə...
Bu günlərdə “gundelik-baku.com” və “teref.az” saytlarının paylaşdığı “Masallı KİMƏ ƏMANƏTDİR...” adlı yazıda Masallı Rayonun İcra Başçısı Şahin Məmmədovla bağlı, necə deyərlər, könhə-təzə məlumatlar yenidən gündəmə gətirib. Yazını gündəlik-bakı.com saytına istinadən “Teref.az” saytı da paylaşıb. Bu saytların Şahin Məmmədovla bağlı əvvəllərdə bir necə dəfə ardıcıl tənqidi yazılara geniş yer ayırması müəyyən şübhələrə yol açsa da, bəlli olan, icra başçısının bunlara qəribə münasibətidir.
Xatırladaq ki, Şahin Məmmədovla bağlı ölkə saytlarının paylaşdığı ən haylı-küylü yazı onun guya Batumidə olan milyonluq mülkləri barədə idi. Hansı ki, bu yazını 10-a yaxın sayt, o cümlədən rəhbərlik etdiyim cenub.az saytı da paylaşdı. Lakin Şahin müəllim həmin saytaların paylaşdığını təkzib etmədi. Ən maraqlısı isə odur ki, cenub.az-ın paylaşımdan sonra hörmətli Şahin müəllim, bizə, konkret desəm, mənə, Zahir Əmənova zəng etdi. (Bu danışığın gizli qalması haqqında əvvəlcədən hər hansı “centlmen razılşaması” olmadığı üçün həmin danışıqların bəzi məqamlarını açıqlamağıma görə kimsə məni qınamaz, yaxud da qınaya bilməz). Bu zəng barədə bir qədər aşağıda bəhs edəcəyik. İndi isə “Teref.az”-ın paylaşdığl son yazı barədə.
Həmin sayt Şahin müəllimlə bağlı köhnə söhbətlərə (mülkləri, korrupsiya əməlləri və.s) bir az yeni rəng qatıb yeni yazı təqdim etməklə bərabər, bir sıra əlavələr də edib. Qeyd edib ki, Şahin müəllim çıxışlarında əvvəlki kimi qəribə ifadələr işlədib. Yəni deyib ki, “Mən bu rayonun böyüyəm...sizə nə var, pul haradan gəlir, hara gedir...əsas odur, suyunuz gəlsin”
Daha sonra isə onun Batumidə, Gəncədə, Qəbələdə, Bakıda, Daşkəsəndə... olan mülklərindən, eləcə də bir sıra korrupsiya əməllərindən danışıb.
Biz Şahin müəllimin gördüyü yaxşı işləri, abadlıq tədbirlərini, şəhid və qazi aillələrinə ardıcıl diqqətini (bəzi qapalı, qarışıq işlərini nəzərə almasaq) qeyd etməyə bilmərik. Qaldı ki, yuxarıda qeyd etdiyimiz ifadəni ilk dəfə işlətsə idi, bu məlumatı çox ciddiyə almazdıq. Təəssüf ki, 230 minlik əhalisi olan rayonun rəhbəri ardıcıl olaraq arzuolunmaz ifadələr işlədir, bizə bir neçə mənbələrdən daxil olan məlumatlara görə, hətta tabeliyində olan işçiləri aşağılayıcı ifadələrlə tənqid, bəzən təhqirə məruz qoyur. Çox tez-tez qarğışlar edir. Məsələn, “ana südü zəhərə dönsün”, “ana südü irin-qan olsun...” və yazıya gətirə bilmədiyimiz digər ifadələr. (Bunların bir neçəsini bizimlə telefon ilə danışanda da işlətməyi unutmadı).
“Gündəlik-Baku.com” yazır: “Sözün düzü, icra başçılarının təyinatı həmişə cəmiyyətdə ciddi müzakirə mövzusu olub. Bu boş yerdən yaranmayıb.
Birincisi, icra başçısı 20-30 nəfərlik məktəb kollektivinin rəhbəri, yaxud 5-10 nəfərlik marketin müdiri, 10-15 nəfərlik xəstəxananın Baş həkimi deyil, 100-200 minlik rayonun başçısıdır, rəhbəridir.
Yeri gəlmişkən, Ağcabədinin keçmiş icra başçısı Şahin Məmmədov öz səs yazısında camaata deyir ki, “Mən bu rayonun böyüyüyəm...sizə nə var pul haradan gəlir, hara gedir...əsas odur, suyunuz gəlsin”.
Yəni bu adamın təfəkküründə rəhbər, başçı anlayışı yoxdur, ancaq “Mən bu rayonun böyüyüəm..” anlayışı var.
Digər tərfədən başçı öz dili ilə deyir ki, “Sizə nə var, pul haradan gəlir, hara gedir…
Bu adam unudur ki, dövlətin başçısı İlham Əliyev cənabları dəfələrlə vətəndaşlara müraciətində xüsusi olaraq vurğulayıb ki, cəmiyyətdə vətəndaş nəzarəti olmalıdır. Yəni vətəndaşlar da baş verən qanun pozuntularına, rüşvət və korrupsiya hallarına nəzarət etməlidirlər. Amma Şahin Məmmədov vətəndaşlara açıq-aşkar deyir ki, bu məsələlər sizlik deyil. Deməli, Şahin Məmmədov kimi icra başçıları sanki Prezidentin dediklərinin əleyhinə gedirlər”.
Mən yenidən Şahin müəllimim mülkləri ilə bağlı sadalananları təkrarlamaq istəmirəm. Mənə qəribə gələn odur ki, bunlar şər-böhtandırsa, niyə təkzib olunmur. İkincisi, həmin yazını yerləşdirən saytlara təkzib göndərməyi lazım bilmirlərsə, niyə həmin yazıları mən paylaşanda qıcıq verirlər?
İndi isə qayıdıq İcra başçısının bizə etdiyi zəngə.
Şahin müəllim bizə irad dolu sual edir ki, siz həmin yazını niyə paylaşmısınız? Paylaşmısınızsa, demək bəyənmisiniz. Biz də bildirdik ki, kompüterdə paylaşmaq və bəyənmək, başqa başqa funksiyalardır. Məsələn, Jirinovski deyir ki, “Azərbaycanda 7 milyon qoyun var”, yaxud Paşiniyan, İran rəsmiləri ölkəmiz haqqın çoxlu hədəyanlar danışır. Ölkə saytları da bunu paylaşır. İndi paylaşmaq, onları bəyənmək deyil ki, sadəcə cəmiyyəti məlumatlandırırlar ki, diqqətli olun, görün düşmənlərimiz bizim haqda nə yazır?
Şahin müəllim deyir ki, mən kimisə tutdurmaq istəmirəm. Deyirəm ki, təkzib etmək, hələ tutdurmaq deyil. Lap 1 manat cərimə etdirin, amma etirazınızı bildirin.
Təklif edirəm ki, mənimlə danışdıqlarınızı, "o mülk mənim deyil, bu əməli mən etməmişəm" və diger etiraz etdiyiniz məqamları sizin dilinizdən təkzib kimi hazırlayıb, paylaşım, deyir eləmə.
“Teref.az” Şahin Məmmədov haqqında növbəti yazını da oxuyandan sonra 1-ci müavin Məmmədhüseyn Hüseynova zəng vurdum ki, yenə sizin haqqınızda tənqidi yazı paylaşılıb, fikriniz? 2 gün keçsə də cavab gəlmədi.
Sual olunur, düz adamsınızsa niyə təkzib etmirsiniz? Yaxud təkzibi özünüzə yaraşdırmırsınızsa, bəs mənə niyə irad, çoxlu qarğış (20 dəqiqəlik söhbətdə 11 qarğış) dolu zəng edirsiniz.
Hər insanın, eləcə də icra başçısının uğuru da, noqsanı da olub və ola bilər. Sizin də uğurlarınız, təqdir olunası işləriniz var. Lakin aşkarlqıdan qaçmağınız, qeyri-səmimi addımlarınız, “5-ci sort” adamlara meydan verməyə daha meylli olmağınız, dialoqdan çox monoloq söyləməyə meyilli olmağınız, kadr işində arzuolunmaz addımlarınız, mətbuata, tariximizə biganəliyiniz... və digər mənfi çalarlı işləriniz də az deyil.
İnşallah, gələn ayın sonunda, Masallıya İcra Başçısı təyin olunmağınızın 2 illiyində həmin məqamları gen-bol təhlil edəcəyik.
Bu yazıda isə, Masallı rayonunun bir sakini, sizdən 10 yaş böyük birisi kimi, çox xahiş edirəm, arzuolunmaz ifadələr işlətməyin, hər kəlmənizə diqqət yetirin, işçilərinizi aşağılamayın. xüsusən də qadınların da qatıldığı iclaslarda.
İcra başçısının nitqi, davranış mədəniyyəti onun birinci göstəricidir. Əbəs yerə deyilmir ki, hər kəs dilinin altında gizlənib, danış, bilim kimsən.
Ən başlıcası isə aşkarlıqdan qaçmayın. Masallı həm böyük, həm də kiçikdir. Onsuz da hamı bilir ki, bəzi formalar dəyişsə də, "kimin əli kimin cibindən çıxır“.
İnsanlara çox da ləyaqət dərsi keçməyə də həvəsinizi azaldın. (36 bələdiyyənin, səhiyyənin, “kommunxozun”… bərbad günə qoyulduğu, yüzlərlə insanın haqqı boğulduğu, aşkarlığın olmadığı bir məkanda bunu demək səmimi səslənmir)
Hazırda Masallı ilə bağlı mərkəzi hüquq mühafizə orqanlarının apardığı araşdırmalar, rəhbər işçilərin şübhəli şəxs kimi üzləşdirilməsi, günbəgün paytaxxta yönəli artan şikayətlər elə də xoş olmayan məqamlardan xəbər verir.
Hazırladı: Zahir Əmənov //cenub.az//
Paylaş:
Müəllif : Fuad
Tarix:15-10-2021, 09:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-10-2021, 09:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29