Bakı “Taliban” hökumətini bu şərtlərlə tanıya bilər - AKTUAL
“Taliban” iki aya yaxındır ki, Əfqanıstanda hökumət quraraq, ölkədə idarəetməni demək olar ki, tam ələ alıb. Amma hələ ki, heç bir ölkə “Taliban”ı tanımaqla bağlı bəyanat verməyə tələsmir. Qonşu Pakistanın baş naziri İmran Xan iki gün əvvəl ABŞ-a “Taliban”ı tanımaqla bağlı çağırış edib. Əfqanıstana yaxın postsovet ölkələrinin hansı qərar verəcəyi də maraq doğurur.
Yeri gəlmişkən, “Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi Türkiyəyə gəlib. “Khaama” agentliyinin verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Qəhər Bəlxi bildirib. Onun sözlərinə görə, Qətərdə səfərdə olan Əmir Xan Müttəqinin səfəri Türkiyə XİN rəhbərinin dəvəti ilə reallaşır. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv bir neçə ölkənin xarici işlər nazirlərinin yaxın zamanda Kabilə səfəri gözlənilir. Türkiyə və İndoneziya xarici işlər nazirlərinin bu səfərdə iştirak edəcəyi artıq təsdiqlənib.
“Biz hazırda hər hansı bir addımın atılması mərhələsində deyilik. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Hesab edirəm ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir. Biz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmamışıq. Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb”. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinin əməkdaşının “Siz Taliban hökumətini tanımağa hazırsınızmı” sualına cavab olaraq belə deyib. Dövlət başçısı deyib ki, hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür: “Müsbət meyl, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq”.
Sonuncu tezislə Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətinin konturlarını açıqlamış oldu, “Taliban”ın rəsmən tanınması üçün vacib olan şərtləri açıqladı. Bu qərarı öncə qonşu dövlətlərin verməsinin vacibliyini vurğuladı. Azərbaycanın “Taliban” şərti, qonşuları və superdövlətlər Əfqanıstanda hakimi-mütləq olan silahlı qruplaşmanın siyasi qanadı ilə anlaşma əldə edə biləcəklərmi? Türkiyənin də bu məsələdə verə biləcəyi qərar Azərbaycana da təsiri ola bilərmi?
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Əfqanıstanda hakimiyyətə gələn “Taliban”la əməkdaşlıq istiqamətində beynəlxalq ictimaiyyətin, beynəlxalq qurumların mövqeyini gözləyəcək. A.Mollazadənin sözlərinə görə, Bakı bu məsələdə beynəlxalq hüququn aliliyi ilə hərəkət edəcək: “Əgər BMT tərəfindən Əfqanıstandakı bu hökumət tanınacaqsa, Türkiyə kimi dost ölkələr bu yöndə addımlar atacaqlarsa, əlbəttə, Azərbaycan da adekvat siyasət yürüdəcək. Azərbaycan Əfqanıstana humanitar dəstək verib, pandemiya və digər problemlərlə bağlı kömək edib. Bu yöndə siyasətimizi davam etdirəcəyik”.
Siyasi şərhçi Züriyə Qarayevanın bildirdiyinə görə, Azərbaycanın Əşrəf Qəninin hakimiyyətdə olduğu dövrdə Əfqanıstanla dostluq münasibətləri olub. Ekspert bildirir ki, Əfqanıstan-Türkmənistan -Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni multimodal dəhliz (Lapis Lazuli) daxil olmaqla, bir çox sahələrdə layihələrin icrası gündəmdə idi: “İndiki məqamda münasibətlərin necə olacağını zaman göstərəcək. Bu, ilk növbədə ”Taliban" hökumətinin Azərbaycana qarşı sərgiləyəcəyi mövqe ilə bağlı olacaq. Bu baxımdan “Taliban” hökumətinin Türkiyənin ünvanına səsləndirdiyi bəyanatlar, Türkiyənin ABŞ-ın xahişi ilə Kabil aeroportunu nəzarəti altına götürməsi, Azərbaycan sülhməramlı kontingentinin də burada yer alması, xüsusən Pakistan - Azərbaycan münasibətlərindəki yaxınlıq və İslamabadın “Taliban” üzərində müəyyən siyasi təsir vasitələrinə malik olması münasibətlərin pozitiv perspektivlərindən xəbər verir". Z.Qarayevanın fikrincə, digər tərəfdən, ABŞ, Çin, Hindistan, Pakistan, İran, Türkiyə, Rusiya, Avropa İttifaqı və digərləri ilk dövrdə radikal mövqedə olsalar da, indiki halda əməkdaşlıq etməyin mümkün olacağını qeyd ediblərsə, Azərbaycan nəyə görə əməkdaşlıqdan imtina etsin?!".
Təhlilçi Ramiyə Məmmədova güman edir ki, “Taliban” hakimiyyətdə olduğu dövrdə Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişafı Türkiyə və Pakistandan asılı olacaq. Onun fikrincə, bu iki müttəfiq ölkə rəsmi şəkildə taliblərlə işləməyə başlasalar, Bakının da əməkdaşlıq etməsi gözləniləndir: “İmran Xanın çağırışı göstərir ki, Pakistan Əfqanıstanda yeni hökuməti tanıyacaq, Türkiyə də bu yöndə addımlar atsa, Azərbaycan kənarda qalan deyil. Amma bizim xüsusi bir ehtiyacımız da yoxdur. Yəni strateji əhəmiyyət daşıya bilər, amma hər iki ölkənin mövqeyini izləyərək addım atacağıq”. R.Məmmədovanın sözlərinə görə, Əfqanıstanda sakitlikdir və ilk günlərdə olan xaos, ajiotaj səngiməyə doğru gedir. Ekspert Əfqanıstanda seçkilərdən sonra dünya birliyinin konkret mövqe sərgiləyəcəyini düşünür.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-10-2021, 09:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-10-2021, 09:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32