"Bunun axırı sülhməramlılar üçün yaxşı qurtarmayacaq" - XƏBƏRDARLIQ
Xəbər verdiyimiz kimi, dünən saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən Azərbaycan ərazisindən açılıb.
Bəs Ermənistan tərəfinin bu kimi təxribatlarına necə son qoymaq olar?
Bu barədə Bakupost.az -a danışan millət vəkili Aqil Abbas bildirib ki, təxribatlarla bağlı əsas məsuliyyət sülhməramlıların üzərinə düşür:
“Onların üzərinə məsuliyyət qoyulub ki, Dağlıq Qarabağ deyilən keçmiş ərazidəki erməni qüvvələri silahsızlaşdırılmalı və oradan çıxarılmalıdır. Sülhməramlılar bu məsələyə hələ də laqeyd münasibət bəsləyirlər. Bu təxribatlar sülhməramlıların öz başlarında çatlayacaq.
Həmçinin, ermənilər öz aralarında da atışıb və sülhməramlılar buna tamaşa ediblər. Bunun axırı sülhməramlılar üçün yaxşı qurtarmayacaq. Uzaq başı, biz onlara “yaxşı yol” deyəcəyik. Ondan sonra oradakı erməniləri silahsızlaşdırmağı da, uzaqlaşdırmağı da yaxşı bilirik”.
Millət vəkili Asim Mollazadə qeyd edib ki, Azərbaycan ərazisindən bütün erməni yaraqlı hərbi nümayəndələr xaric edilməlidir:
“Bunun üçün məhz sülhməramlı qüvvələr orada yerləşdirilib. Onlar Azərbaycan ərazisindən çıxarılmayana qədər öz təxribatlarını davam etdirəcəklər. Onlar dərhal bizim ərazidən çıxarılmalıdır. Bu istiqamətdə Rusiya sülhməramlıları zəruri addımlar həyata keçirməlidirlər. Çünki məsuliyyət onların üzərindədir.
Ermənilər bu təxribatları ona görə edirlər ki, Rusiyanın vasitəçi missiyasını gözdən salsınlar və bölgəyə hansısa başqa qüvvələri gətirsinlər. Ermənilər təxribatları davam etdirəcəklər ki, istədiklərinə nail olsunlar. Onların arxasında müəyyən qüvvələr var. Ona görə də Rusiya sürətlə onları bu bölgədən çıxartmalıdırlar”.
Siyahi şərhçi Elçin Mirzəbəyli isə vurğulayıb ki, ermənilərə cavab verməyin yolunu və üslubunu Azərbaycan dövləti kifayət qədər yaxşı bilir:
“Müharibədən sonra Azərbaycan ərazilərində həyata keçirilən təxribatın cavabı necə olubsa, bu məqsədlə antiterror əməliyyatı necə keçirilibsə, eyni qaydada yenidən təxribat törədən qeyri-qanuni hərbi qüvvələrə qarşı müvafiq addımlar atılmalıdır.
İlkin şəraitdə, Azərbaycana qarşı həyata keçirilən təxribatın məsuliyyəti Ermənistanın, Rusiya sülhməramlılarının və təbii ki, Rusiyanın üzərinə düşür. 10 noyabr Bəyannaməsinin sənədlərinə uyğun olaraq Azərbaycan ərazilərində hər-hansı bir silahlı qrup qalmamalıdır. Bu tələb əslində çoxdan icra olunmalı idi. Rusiya sülhməramlıları ən qısa zamanda bu təxribatlara qarşı konkret addımlar atmalıdırlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-10-2021, 12:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-10-2021, 12:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti