reklam
Regionxeberlericom.az » Cəmiyyət » 15 yaşlı oğlan atasının istəyilə anasını yandırdı - Bakıda ailə dramı

reklam

15 yaşlı oğlan atasının istəyilə anasını yandırdı - Bakıda ailə dramı



Bakıda oğlan anasını yandırıb.

Məlumata görə, hadisə Bakının Xəzər rayonunda qeydə alınıb.

15 yaşlı M.Nəsirov anası 35 yaşlı G.Nəsirovanının üzərinə qaynar su tökərək onu yandırıb. Xəsarətlə nəticələnən hadisə üç ay əvvəl baş versə də, təfərrüat indi məlum olub.

Belə ki, həmin vaxt G.Nəsirovanının su qızdırıcısının partlaması nəticəsində xəsarət alması barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Aparılan araşdırmalar nəticəsində hadisənin əslində su qızdırıcısının partlaması nəticəsində deyil, G.Nəsirovanın oğlu M.Nəsirov tərəfindən qəsdən törədildiyi məlum olub. Məlumata görə, M.Nəsirovu buna atası C.Nəsirov məcbur edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Ata və oğul saxlanılıb.

Onların günahı sübuta yetiriləcəyi təqdirdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.



Paylaş:


Müəllif : Tarix:
15-10-2021, 12:48
Sikayət   


loading...
Загрузка...