"Enerji içkilərinin tərkibində 14-15 təhlükəli maddə var" - Diqqət!
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirir. Montorinqlər zamanı 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində 5 nümunənin enerji içkisi olduğu təsbit edilib ki, onlardan yalnız 1-nin etiketlənməsinin qaydalara uyğun olduğu, digər 4-nün isə uyğun olmadığı müəyyən edilib."
Qeyd edək ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli danışıb. O, əlavə edib ki, həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin enerji içkisi olmadığı müəyyən edilib. Həmin 25 məhsul enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair təəssürat yaradan maddələrdən istifadə edilib.
Məsələ ilə bağlı Eyyub Hüseynov Bizimyol.info saytına bildirib ki, enerji içkiləri ilə bağlı "Azad İstehlakçılar" Birliyi neçə ildir ki, iş aparır:
"Biz insanların enerji içkilərinə əlçatanlılığını azaltmaq və tərkibinin yaxşılaşdırılması, təhlükəli maddələrin azaldılması istiqamətində iş aparırıq. Məlumdur ki, enerji içkilərinin tərkibində 14-15 təhlükəli maddə var. Bu maddəərin əksəriyyəti asılılıq yaradan, enerji verməyən və insanı çox pis vəziyyətə sala bilən maddələrdir. Enerji içkisinin istehsalçısı özü də qablaşdırmanın üzərində yazır ki, zəiflərə, xəstələrə, qocalara və hamilə qadınlara məsləhət görülmür. Bir maddə ki, zəiflərə fayda vermir, o güclü orqanizmlərə necə fayda verə bilər".
Enerji içkiləri niyə bütün dünya bazarlarında satılır?
Eyyub Hüseynov deyir ki, heç bir ölkənin baş naziri istəmir ki, onun ölkəsində 70-80 faiz təqaüdçü olsun. Ölkələrin, dövlətlərin büdcəsinə pul vəsaitləri lazımdır. Bu da biznesdən gəlir. Burada ilk hədəf istehlakçıdır. İstehlaçkı nə qədər aldansa da əhəmiyyəti yoxdur, əsas odur ki, dövlətin büdcəsinə vəsait gəlsin. Beynəlxalq təşkilatların, Ümumdünya Səhiyyə Təşkilatının, Dünya Ərzaq Təşkilatının insanların sağlamlığına yönəlmiş çağırışlarının əksəriyyəti səmimi deyil. Bu təşkilatlar əslində biznes təşkilatlarının tərəfindədir. Bu kimi təşkilatların sponsorları Ümumdünya Ticarət Təşkilatı və biznes qurumlarıdır.
İstehlakçılar sadəlövhdür, aldanır. Çox təəssüf olsun k, enerji içkiləri arzuolunmaz içkilər olsa da, onlar yüksək keyfiyyətli reklamlarla insanlara təsir edir. Ekspert vurğulayıb ki, enerji istehsalçısı içkinin üzərində 18 yaşından kiçiklərə məsləhət görülmədiyini yazır, enerji içkiləri uşaqlara da satılır.
E.Hüseynov deyir ki, enerji içkilərinin tərkibinin yaxşılaşdırılması üçün Qida Təhlükəziliyi Agentliyi işlər görür.
"Həm xaricdən gətirilən,həm də yerli istehsal edilən enerji içkilərinin tərkibində təhlükəli maddələrin miqdarının azaldılmasına nail olub. "Azad İstehlakçılar" Birliyi də köməkçi işlər aparıb. Enerji içkilərinə tətbiq olunan rüsumların yüksəldilməsinə nail olmuşuq ki, bu içkilərə əlyetərlilik azaldılsın" - deyə E Hüseynov bildirib.
Amma gəlin etiraf edək ki, əhval ruhiyyəmizin olmadığı, kədərli notlara kökləndiyimiz zaman bir enerji içkisi motivasiyamızı artıra bilir. Enerji içkiləri o zaman zərər verə bilər ki, müəyyən normadan artıq içilsin. Bu yerdə Nizaminin misraları yada düşür:
"Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da"...
Yəni, hər şeyin normadan artığı zərərdir. Hər şey qədərində gözəldir. Enerji içkilərinin istehsalı çərçivəsindən baxsaq, heç bir biznes qurumu istehsal etdiyi məhsulun istehlak bazarında tənqid edilməsini və bəyənilməməsini arzulamaz. Əksinə, məhsulun bazarda daha da böyük yer tutması üçün onun keyfiyyətini yüksəltməyə çalışar. Bu fikir, digər kateqoriyalarda istehsal olunan məhsullar üçün də keçərlidir.
Və xüsusi qeyd edək ki, bu günə qədər Azərbaycanda "filankəs enerji içkisindən öldü" xəbərini görməmişik, eşitməmişik. Miflərə inanmaq isə, bizə yaraşmaz.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-10-2021, 16:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-10-2021, 16:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09