Bürclər- 17 oktyabr
Qoç - bir qədər əvvəl başladığınız işləri tamamlamaq üçün əlverişli zamandır. Dünən vədələşdiyiniz, bu gün baş tutacaq görüş pis keçməyəcək. Romantik hisslərə qapılmayın. Yeni işə başlayanda diqqətli olun. Yeni tanışlarla sayıq davranın. Onlardan biri sizə qarşı məkr bəsləyirsə, təəccüblənməyin.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki vəziyyət uğurlu, harmonik olacaq. Durum yaxşıdır, amma tanışlardan biri narazı qalıb. Bu adam ona əsla dəxli olmayan işlərə qarışmağa çalışacaq. Maraqlarınızı qorumağa hazır olun.
Buğa - narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. Günün emosional fonu yetərincə uğurludur. Qarşınıza genişmiqyaslı məqsədlər qoymasanız da, zəhmət çəkməli, çalışmalısınız. Saatlarınızı məhsuldar keçirməyə çalışın.
Şanslarınızı əldən verməyin. Situasiyadan faydalanın.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Axşam saatları maraqlı tanışlıqlar vəd edir. Dürüst seçim etdiyinizə əmin olun.
Əkizlər - emosional fonu uğurlu olmayan zamandır. Adi günlərdən fərqli olaraq çətinliklərin sayı çoxdur. Niyyət və planların reallaşdırılmasını qeyri-müəyyən müddətədək ertələmək olar. Rəğbət bəsləmədiyiniz insanlarla təmas zərurəti yaracaq. Narahatlıq və nigaranlıq artacaq.
Günün ikinci yarısında gərgin situasiyada özünüzü ələ alın. Yaxşı tanıdığınız insanın məsləhətinə qulaq asın, yanlış qərar verməyin.
Ağır işlər görərək özünüzü həddən artıq yormayın. Qüvvənizə qənaət edin. Yaşam potensialınızın səviyyəsi aşağıdır. Axşam saatlarında əhvalınız korlana bilər. Başağrısı və yuxusuzluq istisna deyil.
Xərçəng - heç də pis olmayan şəraitdir. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün ciddi irəliləyişə nail ola bilərsiniz. İnadkar və əzmkar olun. Nəyəsə can atırsınızsa, dayanmayın, hərəkət edin. Dəyər verdiyiniz insanlarla ünsiyyətdə diqqətli olun.
Günün ikinci yarısında planlaşdırılmamış, amma çox xoş görüş olacaq. Uzaq qohumlar və ya köhnə tanışlardan birindən xəbər ala bilərsiniz. Yaranan ideyalardan biri yaşamınızı dəyişə bilər. Planların reallaşdırılmasına ciddi yanaşın. Fikriniz dağınıq olmasın.
Axşam saatlarında normal istirahət edin.
Şir - ciddi işlər və ya önəmli görüşü təxirə salmayın. Mürəkkəb gün olsa da, təmkinli davranın, soyuqqanlı olun. Günün ilk yarısında maliyyə məsələlərinin həlli ilə məşğul olmaq mümkündür. Gördüyünüz işin perspektivlərini tərəfdaş və ya əməkdaşla müzakirə edə bilərsiniz.
Maraqlandığınız işlə məşğul olun.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Ehtiyatlı və sərvaxt olun. Yaşlı qohumlarla fikir ayrılığı istisna deyil. Adi günlərdən fərqli olaraq pul və ya maliyyə məsələləri ilə bağlı fikir ayrılıqları ciddiləşəcək.
Qız - işgüzar intuisiyanız güclü olmalıdır. Kommersiya fəaliyyəti üçün yaxşı zamandır. Maliyyə problemlərinin həllinə başlayın. Yeni əməkdaşlığa başlamaq fikriniz varsa, layihənin perspektivsiz olduğunu bilin.
Cari və rutin işlərlə məşğul olun.
İş yerinizi dəyişibsinizsə, yeni fəaliyyət məkanında hər şeyin rahat və asan olmayacağını bilin.
Günün ikinci yarısında qarşı tərəfin mənsubları ilə danışıqlarda sayıq olun. Önəmli saydığınız işlərdən birini tərəfdaş və ya dostla birlikdə yerinə yetirmək mümkündür. Emosiyalarınıza hakim olun, mübahisəyə zəmin yaratmayın.
Axşam saatlarını ailə üzvləri ilə istirahətə həsr edin.
Tərəzi - mürəkkəb emosional fonlu gündür. Uğurlar olacaq, amma onlar anidir. Yaranan problemlər ciddi və uzunmüddətlidir. Peşəkar fəaliyyət sahəsində qərar qəbul etməzdən əvvəl düşünüb-daşının. Tələsik davranmayın. Dəyişikliklər o qədər də yaxşı deyil.
İşdə həmkarlar və rəhbərliklə münaqişə etməyin. Mövqeyiniz yaxın ətrafınızdakı insanların fikirlərindən fərqli olduğu üçün ciddi tənqidlərə məruz qalacaqsınız.
Maliyyə məsələlərində ehtiyatlı olun. Gəlir əldə etmək çətin, pulları itirmək isə asandır. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - uğurlu gündür. Qarşınıza yüksək, mürəkkəb məqsədlər qoyubsunuza, çətin məqamların həllinə təkbaşına başlayın. Kənardan təsirlərə boyun əyməyin, təzyiqlərə imkan verməyin. Eksperimentlər etmək, problemlərin fərqli və orijinal həll yollarını aramaq olar. Ünsiyyətdə yeni üsullarla metodları seçin.
İşgüzar münasibətlərinizin olduğu insanlarla günün ikinci yarısında qayğıkeş davranın. Səfər pis alınmayacaq. Sərfəli anlaşma və ya sövdələşməyə nail ola bilərsiniz.
Axşam saatlarında maraqlı tanışlıqlar olacaq. Uzaq durmağınız gərəkən insanı müəyyənləşdirin. Tanımadığınız insanla bağlı tələsik qərar verməyin. Qohumlarınızdan birini çoxdan bəri narahat edən problemi həll etmək şansı yaranıb.
Oxatan - adi günlərdən fərqli olaraq daha çox işləməli olacaqsınız. Bir qədər əvvəl hazırladığınız planlardan imtina etməlisiniz. Mürəkkəb işləri yarımçıq qoymayın. Gərəkli nəticəni əldə edəndən sonra boş yerə çalışmadığınızı anlayacaqsınız. İşgüzar görüş pis keçməyəcək. İndiyədək ideyalarınızı kəskin tənqid edən insanlara təsir etmək imkanlarınız var.
Günün ikinci yarısında emosiyaların təsirinə uymayın. Xoş hisslər bəxş edəcək ünsiyyət olacaq. Təmasların gedişatı istək və niyyətlərinizdən asılıdır.
Ailənizdə kiçik fikir ayrılıqları mümkündür. Ciddi münaqişəyə yol verməmək üçün əlinizdən gələni edin.
Oğlaq - mühüm işə və ya ciddi layihəyə başlamaq olar. Bir şərtlə ki, köhnə dostlar və ya sınanmış müttəfiqlərin sizi dəstəkləyəcəyinə əminlik hissi yaransın. Maliyyə çətinlikləri mümkündür. Problemlər ilk baxışdan göründüyü qədər ciddi deyil. Dürüst taktika seçsəniz, çətinliklərə son qoya bilərsiniz.
Günün ikinci yarısıqda nüfuzlu insandan yardım və ya dəstək almağınız istisna deyil. Yeni layihəni reallaşdıranda tələsməyin.
Yaxınlarınızla münasibətlərinizi korlamayın. Münaqişəyə səbəb olacaq nüansları aradan qaldırın. Danışıqlarda həddən artıq güzəştlərə getməyin ki, sonradan qərarınızda peşmançılıq yaranmasın.
Dolça - uğurlu zamandır. İntuisiyanız güclü olsun. Situasiyadan asılı olaraq davranış modelini sürətlə dəyişmək, gərəkli sonuca nail olmaq üçün çeviklik nümayiş etdirmək gərəkdir. Yeni biliklər və bacarıqlar əldə edə bilərsiniz. Müttəfiqlərinizin yardımları ilə peşəkar müstəvidəki problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə sərvaxt olun. Gəzintiyə çıxmaq üçün pis zaman deyil. Yola çıxarkən darıxmayacağınıza əmin olun. Yaxşı dostlarla istirahət etməyə çalışın.
Balıqlar - fəaliyyət sahəsi və ya maliyyə məsələləri ilə bağlı çətin qərar qəbul etməlisiniz. Yaranmış situsiyanı təhlil edərkən hadisələrin sizin üçün əlverişsiz məcrada inkişaf edəcəyini unutmayın. Geriyə çəkilmək üçün yolu hazır saxlayın.
İşdə rəhbərliklə mübahisə etmək məsləhət deyil. Daha təcrübəli həmkarlarla məsləhətləşin, onların dediklərini qulaqardına vurmayın.
Günün ikinci yarısında spontan alış-verişə yol verməyin. Xərcləri minimuma endirin. Pulları yelə verməyin. Mənfi təmayüllərin təsiri artacaq.

Paylaş:
Müəllif : Fuad
Tarix:17-10-2021, 00:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-10-2021, 00:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16