8 Noyabrda AMNİSTİYA gözləntisi - Deputatdan AÇIQLAMA
"Zəfər Günü ilə əlaqədar Amnistiya hazırlanması haqqında Milli Məclisə hələlik heç bir məlumat daxil olmayıb".
Bunu Modern.az-a 8 Noyabr Zəfər Günü ilə bağlı Amnistiya elan ediləcəyi haqqında iddialara münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Fəzail Ağamalı deyib. O, bu böyük tarixi hadisə ilə bağlı xüsusi qərarların ola biləcəyini istisna etməyib:
"Azərbaycan dövlətçiliyi tarixində belə önəmli günlər ərəfəsində əhəmiyyətli addımların atıldığının şahidi olmuşuq. Bu məntiqə söykənərək, amnistiya və ya əfv sərəncamının veriləcəyini istisna etmirəm. Lakin bununla bağlı Milli Məclisə rəsmi məlumat daxil olmayıb.
Amnistiya ilə əlaqədar prezidentin fərmanı və ya Heydər Əliyev Fondunun təşəbbüsü ola bilər. Vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə belə təşəbbüslə çıxış edib. Amnistiya aktı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanıb, plenar iclasa təklif edilir. İclasda müvafiq qərarla təsdiq edilir və ya əksinə".
Qeyd edək ki, gununsesi.info saytının yaydığı xəbərə görə İkinci Qarabağ Müharibəsində qazanılan Zəfərin 1-ci ili münasibəti ilə Zəfər Günündə Amnistiya aktı veriləcək və bu, 15 mindən çox məhkumu əhatə edəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-10-2021, 22:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-10-2021, 22:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:40
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
14-01-2025, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
14-01-2025, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
14-01-2025, 08:48