Yaxın günlərdə yenidən onlayn təhsilə qayıda bilərik - Məktəblərdə yoluxma sürətlə artır
"Əgər qabaqlayıcı tədbirlər alınmazsa, vətəndaşlar şəxsi gigiyena qaydalarına riayət etməzlərsə, yenidən distant formada təhsil sisteminə qayıda bilərik".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib. O, bildirib ki, vətəndaşlarımız mütləq şəkildə müvafiq qaydalara riayət etməlidirlər: "Hazırki dövrdə biz artıq virusa yoluxma halının tədricən artan temp üzrə dinamikasını görürük. Eyni zamanda buna müvafiq olaraq bəzi təhsil müəssisələrində şagird və ya müəllimlərin yoluxmasını, hətta ölüm faktı da müşahidə edirik. Təsadüfi deyil ki, bu gün də bir neçə universitetdə qruplar üzrə lokal formada distant tədrisə keçmə oldu. Eyni zamanda 20 saylı orta məktəb, 14 günlük karantinə keçdi. Bütün bunlar onu deməyə əsas verir ki, əgər qabaqlayıcı tədbirlər alınmazsa, 12 yaşdan yuxarı olan vətəndaşların vaksinasiyası olunması mərhələsi bir qədər yubanarsa o zaman qarşıdakı dövr ərzində ola bilər ki, artıq təhsilin müəyyən pillələri üzrə tədricən qapanmaları müşahidə edək. Bunların olmaması üçün isə yaxşı olar ki, vətəndaşlarımız mütləq şəkildə müvafiq qaydalara riayət etsinlər".
Ekspertin sözlərinə görə, belə davam edərsə, məktəblərdə yoluxmaların sayının artması qaçınılmazdır: "Onu da qeyd edim ki, hər bir ailədən təhsilə bağlı olan bir şəxs var. Yəni bu, ola bilər ki, gənc ailədir, baxçaya gedən övladı var. Yaxud da məktəbə gedən uşağı var, ola bilər ki, orta yaşlı nəslin nümayəndəsidir. Bunun içərisində müəllimi, tələbəsi var. Yəni demək olar ki, hər kəsin təhsilə bağlılığı var. Təhsil müəssisələrində yoluxma faktı olduğu halda bu, daha da geniş vüsət alır. Çünki təxminən 2 milyondan çox vətəndaş, demək olar ki, təhsil sektoru ilə birbaşa bağlıdır. Belə olan halda yoluxma daha da arta bilər. Yəni məsələyə qeyri-ciddi yanaşılarsa, gündəlik yoluxma sayını biz bu gedişlə, hətta 5-6 min həddinə qalxa biləcəyini də müşahidə edə bilərik. Bu isə yolverilməzdir. Bunun da qarşısını almaq üçün müvafiq qaydalara riayət etmək hər bir vətəndaşdan tələb olunur".
Paylaş:
Müəllif : Yazar
Tarix:18-10-2021, 17:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-10-2021, 17:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti