reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA

reklam

“Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA


Ötən gün Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Vitali Milonov Türkiyəyə qarşı fikir səsləndirib.

O, "Danışır Moskva” radiostansiyasına müsahibəsində rusiyalı subay qadınların istirahət məqsədilə Türkiyəyə getməsinin qadağan olunmasını təklif edib. Deputatın sözlərinə görə, bu ölkənin kişilərinin "vicdansız davranışları" ilə bağlı qadınlardan kütləvi şəkildə şikayətlər daxil olur:

“Mən subay qızların Türkiyəyə getməsini qadağan edərdim. Heç kim onları saxta içkilərlə məst etməsin, orada içki təhlükəlidir. Onlar alkoqolları Şimali Kiprdən daşıyırlar və daha sonra içkiləri denaturasiya edirlər. Sərxoş vəziyyətdə olan qadınların başlarına gələnlərdən çoxlu şikayətlər var və indi onlar uşaqlarını görə bilmirlər".

Milonovun millətçi çıxışına türkiyəli deputatdan cavab gecikməyib.

Türkiyə Böyük Millət Məclisinin deputatı Atilla Sertel Modern.az-a açıqlamasında rusiyalı həmkarının narahatlığını bölüşmədiyini və ölkəsinin qadınlar üçün təhlükəsiz olduğunu deyib:

“Hər bir ölkədə problemlər ola bilər. Amma bu o demək deyil ki, başqa ölkənin siyasətçiləri hər nə gəldi ittiham etməlidirlər. Türkiyədə qadın cinayətləri çoxalıb, bunu bilirik. Amma problemi biz öz içərimizdə həll edirik. Bu mövzuda dövlət də öz mübarizəsini aparır. Qadına qarşı şiddət heç bir zaman bağışlana və məsum görünə bilməz. Biz ölkəmizin içərisindəki problemləri həll edərik. Başqa ölkənin fikrinə heç ehtiyac yoxdur. Biz necə ki, Rusiyanın içərisindəki hadisələrə qarışmırıqsa, onların da bizim ölkəmizə qarşı pis fikir səsləndirməsini qəbul etmirik”.


Paylaş:


Müəllif : Tarix:
19-10-2021, 13:55
Sikayət   


loading...
Загрузка...