Azərbaycanda KUKLA teatrının direktoru 49 min pulu mənimsəyib

Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, teatrın sabiq direktoru Nazim Mahmudov işlədiyi dövrdə bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 48 min 554 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəyib.
İstintaq müddətində dövlətə dəymiş ziyan tam şəkildə dövlət büdcəsinə ödənildiyindən, iş üzrə icraata cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən xitam verilib.
Elə bu səbəbdən mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb, Nazim Mahmudov işdən çıxarılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-10-2021, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-10-2021, 10:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT