“Elmar Vəliyevə sui-qəsd edən şəbəkənin 32 üzvü hazırda İranda gizlənir”
Azərbaycanla düşmənçilik niyyəti İranın köhnə peşəsi imiş. Biz bunu 44 günlük müharibədən sonra daha dəqiq öyrənə bildik.
Azərbaycan Ordusunun 30 illik işğala son qoymaq üçün apardığı haqq savaşı dosta sevinc, düşmənə dərd verdi. Elə müharibənin ilk "akkordlarından" hansı dövlətlərin, hansı qüvvələrin Azərbaycana qarşı çıxdığı çox aydın şəkildə göründü.
Qərbin erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələri barədə illərdir xəbərdar olsaq da, uzun illər Azərbaycanın içində "din" adı altında pərdələnən, radikal qruplaşmalar yaradaraq, ölkə daxilində vətəndaş müharibəsini alovlandıraraq qardaşı-qardaşı, atanı-övlada düşmən kəsmək istəyən İran hakimiyyətinin iyrənc əməllərindən çoxumuz xəbərsiz olmuşuq. Çünki Azərbaycan hər zaman Qərbin sanksiyalarına məhəl qoymayaraq, İrana nəfəslik olmaq üçün bütün təzyiqlərə sinə gərən bir dövlət, bir xalq olub, dosta dar gündə əl uzadıb.
"Din qardaşımız" naxələf çıxdı
Sən demə, İranın Azərbaycana qarşı məkrli planları bu günün, dünən işi deyil. Proseslər irəlilədikcə adını "islam dövləti" qoyub, ermənipərəst mövqe sərgiləyən, Azərbaycanın düşməninin əlini sıxan, onu silahlandıran Tehranın Azərbaycanda planlaşdırdıqları iyrənc oyunların qarşısındakı pərdə də qalxmağa başlayır.
Məlum olur ki, belə hadisələrdən biri məhz 2018-ci ilin iyulunda Gəncədə icra başçısına sui-qəsdlə bağlıdır. İstintaqın izləri Azərbaycanın cənubuna, elə İrana gedib çıxır. O da aydın olur ki, Yunis Səfərov Rusiyada olarkən İranın xüsusi orqanları tərəfindən əməkdaşlığa cəlb edilib, İranda təlim keçib, İranın radikal dini dairələrinə bağlı "Hüseyniyyun" (Hüseynçilər) qruplaşmasının döyüşçüsü olub, Suriyada döyüşüb.
Gəncə şəhər İcra hakimiyyəti başçısı Elmar Vəliyevin qətlinə hansı dairələrdən sifariş verildiyi artıq hər kəsə məlumdur. Sui-qəsdin baş verdiyi saatlarda qatilin kimliyi, qətlin motivləri və tətikçinin arxa plandakı əlaqələri ilə bağlı aydınlıq olmasa da, bu yöndə üzə çıxan suallar cavabsız qalmadı. Buradan da belə bir "təcrübəsi olan" şəxsin Azərbaycanda səs-küylü cinayət törətməsi əmri çox uzaqdan yox, cənubdan verilən tapşırıq olduğu aydınlaşır.
İstintaq prosesi onu da göstərdi ki, Yunis Səfərov bu terroru təkbaşına hazırlamayıb, bu, geniş bir şəbəkənin işidir. Və çox təəssüf ki, bu şəbəkənin 32 nəfər üzvü hazırda İranda gizlənir. İran Azərbaycanın axtardığı həmin cinayətkar şəbəkədən xəbərdardır. Bəs niyə keçən 3 il ərzində həmin şəxsləri həbs edərək Azərbaycana təhvil vermək istəmir?
Xofun səbəbi
Əslində, cavabı çox sadədir. İran onları Azərbaycan istintaqına təhvil verməkdən ona görə imtina edir ki, bu şəxslər istintaqa cəlb olunacağı təqdirdə cinayətin sifarişinin haradan gəldiyi və nə məqsədlə törədildiyi barədə bütün gizlinlər üzə çıxacaq. Radikal dini şəbəkə üzvləri Azərbaycanda ifadə versə, izlərin İrana aparıb çıxaracağını Tehranda anlayırlar. Onların bu vaxta kimi gizlədilməsinin də səbəbi məhz bu amildir.
İran bununla da ara-sıra dini kəlamlara müraciət etməklə "siyasi analizlər" verməyə çalışan və sözünün canı Azərbaycan vətəndaşlarını öz dövlətlərinə qarşı çıxmağa təhrik etmək olan bu bəndeyi-həqirlər vasitəsilə "hicab müdafiəçisi" kimi sekulyar sistemimizin əleyhinə fəallıq göstərən bir qrup gənci ətrafında birləşdirməklə erməni dəyirmanına su tökməyə çalışıblar.
Beləcə, ən yaxşı Azərbaycana 1990-cı illərin əvvəllərindəki vəziyyəti qaytarmaq, Suriya və ümumilikdə Yaxın Şərqdəki o xaos, o vətəndaş müharibəsi vəziyyətinə nail olmaqla düşmənin bu fürsətdən istifadə edib, bizi daha böyük işğallara məruz qoyması üçün Tehran agenturasının xüsusi planı idi.
Heç şübhəsiz ki, bununla da İran 30 milyondan çox azərbaycanlının Azərbaycana birləşmək xofunu dəf etmiş olacağını düşünürdü. Amma Azərbaycan heç vaxt İrana qarşı ərazi iddiasında olmayıb. Azərbaycan öz torpaqlarının azadlığı uğrunda erməni faşizminə qarşı savaşıb, bundan sonra da savaşını davam etdirəcək.
Bu xalq, bu Ordu bundan sonra dövlət başçısının ətrafında bir yumruq kimi birləşib istənilən təhdidə cavab verəcək. Prezident İlham Əliyevin oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı söylədiyi kimi: "Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin".
Paylaş:
Müəllif : Fuad
Tarix:20-10-2021, 19:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-10-2021, 19:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52