reklam
Regionxeberlericom.az » Cəmiyyət » Eldəniz Zeynalovun oğlunun vəziyyəti ağırdır

reklam

Eldəniz Zeynalovun oğlunun vəziyyəti ağırdır



Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd "Elgizlə izlə" proqramına müraciət edərək, yardım istəyib.

regionxeberlericom.az Axşam.az-a istinadən xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən Məmməd bir müddət əvvəl koronavirusa yoluxub. Virusdan sağalan Məmmədin böyrəyində də problem var. Ona təcili böyrək köçürülməlidir.

"Bilmirəm nə edim. Həkim deyir ki, təcili böyrək köçürülməsə beyninə qan sıza, ya da ölə bilərsən. Çünki beynimə bir dəfə qan sızıb, ikincidə komaya düşəcəm. Elə əziyyətlərdən keçmişəm ki, hələ yaşamağıma şükür edirəm. Bezmişəm, çox əziyyət çəkirəm. Bacım deyib ki, böyrəyini verəcək" deyə, Məmməd söyləyib.

Qeyd edək ki, M.Zeynalov ağ ciyər xərçəngindən əziyyət çəkir. O, eyni zamanda 6 ildir dializə gedir.


Paylaş:


Müəllif : Tarix:
21-10-2021, 17:04
Sikayət   


loading...
Загрузка...