reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əli Əliyevin “vaksin təhdidi” - VİP sədri insanları cinayət törətməyə çağırır

reklam

Əli Əliyevin “vaksin təhdidi” - VİP sədri insanları cinayət törətməyə çağırır


Koronavirusun tüğyan etdiyi, ölüm hallarının artığı, hətta ölüm yaşının aşağı düşdüyü bir vaxtda dövlətin apardığı mübarizəyə etiraz edərək divident qazanmağa çalışan siyasilər də var.

Bəllidir ki, təkcə ölkəmizdə yox, dünyada peyvənd olunmaq istəməyən bir qrup insan var. Əslində bunun da kökündə ictimai maarifləndirmə işinin qənaətbəxş olmaması dayanır. Hələ virus təzə yayılmağa başlayanda xəstəliyin varlığını şübhə altına alan ictimai şəxslər bu məsələdə məsuliyyət daşıyır ki, bu gün məhz onların yanlış təbliğatı nəticəsində peyvəndləməyə inanmayan insanlar var.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də məhz peyvəndə inanmayan insanların hesabına özünə divident qazanmağa çalışır. Hətta insanları cinayət törətməyə sövq edəcək bəyanatlar səsləndirir. Sirr deyil ki, bu gün də koronavirusa qarşı peyvənd olunmayan şəxslər saxta yollarla “peyvənd pasportu” əldə edirlər. Hüquq-mühafizə orqanları buna qarşı mübarizə aparır, bu günə qədər saxta pasport satan səhiyyə işçiləri və onu alan vətəndaşlardan saxlanılanlar var. Belə bir durumda Əli Əliyevin canlı yayımda “Nə yolla bacarırsız kağız əldə edib, vaksinasiyadan yayının” deməsi, peşəkar siyasətlə məşğul olan şəxsə yaraşmayan addımdır.

Digər tərəfdən, bu gün dünya ölkələri üçüncü doza peyvəndləmənin və bunun effektiv olması ilə bağlı araşdırma materialları yayımlayır, koronavirusa qarşı effektiv mübarizə üçün bunun vacib olduğu qeyd olunur.

Artıq əhalinin 4.3 milyon nəfəri artıq iki doza peyvənd olunub. Əli Əliyevin vaksin əleyhinə çıxışı etməsi bu qədər insanda, əhalinin 43 faizində qorxu yaratmaq deməkdir. Özünə siyasətçi deyən şəxsin bu cür vacib məqamları nəzərə almadan insanları qanunsuz işlər görməyə çağırması ciddi problemdir. Nəzərə almaq lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq səhiyyə qurumlarının araşdırma materiallarına görə, hazırda koronavirusdan dünyasını dəyişən insanların 90 faizi məhz peyvənd olunmayan şəxslərdir. Əli Əliyev də tibbi təhsil alan bir şəxs kimi bunları bilməmiş deyil.

Bu baxımdan onun “Nə yolla bacarırsız kağız əldə edib, vaksinasiyadan yayının” bəyanatı insanların səhhəti üzərində divident əldə etməkdən başqa bir şey deyil. Misal üçün qeyd edək ki, İsraildə avqustun 29-dan başlayaraq 12 yaşdan yuxarı bütün şəxslərə də 3-cü doza vaksin təklif edilməyə başlanılıb. Sentyabrın 15-dək artıq 3 milyondan çox insana 3-cü doza vaksin vurulub. Hazırda hətta 4-cü doza vaksinin vurdurulması ətrafında müzakirələr aparılır. Türkiyədə bu ilin 1 iyulundan üçüncü doza vaksinin vurulmasına başlanılıb. Bu misalların sayını kifayət qədər artırmaq olar. Hər məsələdə Qərb təcrübəsini gündəmə gətirən Əli Əliyevin sırf daxili auditoriyada baxış sayı toplamaq üçün verdiyi bu bəyanat insanları saxtakarlığa sövq etməktdən başqa bir şey deyil.
Cebhe.info


Paylaş:


Müəllif : Tarix:
22-10-2021, 11:19
Sikayət   


loading...
Загрузка...