reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda quş əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb

reklam

Bakıda quş əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda fəaliyyət göstərən, fiziki şəxs Axundzadə Rasim Elmar oğluna məxsus quş əti emalı müəssisəsində keçirdiyi yoxlama zamanı qida təhlükəsizliyi sahəsində sanitariya-epidemioloji qaydalara və normativlərə əməl olunmadığı müəyyən olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. Məlumatda deyilir ki, mexaniki üsulla hazırlanan toyuq farşının istehsalında “Omega” əmtəə nişanlı rəngləndirici xüsusiyyətə malik qida əlavəsindən (E124) istifadə edildiyi, məhsulların etiket məlumatlarında, qablaşdırılmasında və markalanmasında bir sıra nöqsanlar aşkar edilib.
Həmçinin müəssisədə mexaniki avadanlıqların yuyulması prosesinin düzgün aparılmadığı və lazımi yuyucu-dezinfeksiyaedici vasitələrdən istifadə edilmədiyi məlum olub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub, ümumi çəkisi 375 kq toyuq farşı dövriyyədən çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.


Paylaş:


Müəllif : Tarix:
22-10-2021, 11:28
Sikayət   


loading...
Загрузка...