reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabah Amnistiya Aktı müzakirəyə ÇIXARILIR - 3 min şəxs AZAD OLUNACAQ

reklam

Sabah Amnistiya Aktı müzakirəyə ÇIXARILIR - 3 min şəxs AZAD OLUNACAQ















Sabah "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsi parlamentin iclasında müzakirəyə çıxarılacaq.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Bizim.Media-ya açıqlamasında zəfər günü ilə bağlı amnistiya aktının Azərbaycanda bu günə kimi təsdiqlənən 12 amnistiya aktı ilə müqayisədə geniş tərkibi əhatə edəcəyini qeyd edib.

Yeni amnistiya aktına ümumilikdə 15-16 min çox insanın şamil olunacağını vurğulayan Əliməmməd Nuriyev konkret rəqəmlərin parlamnetdəki müzakirədən sonra açıqlanacağını bildirib:

“Bu dəfəki 1991-ci ildən bu yana qəbul olunmuş 13-cü amnistiya aktı olacaq. Sonuncu amnistiya aktı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib. Son 200 ildə ilk dəfədir ki, Azərbaycan torpaqlarını geri alıb.

Hər zaman torpaqlarımız ya işğal olunub, əldən gedib, ya da kiməsə verilib. Bu baxımdan Vətən müharibəsində qazandığımız qələbə münasibətilə cəmiyyəətin amnistiya aktının verilməsi ilə bağlı gözləntiləri var idi. Bu dəfəki amnistiya aktının məzmununda xeyli dərəcədə azad olunacaq şəxslərin dairəsi genişlənib”.

Komissiya üzvününün sözlərinə görə ənənəvi amnistiya aktlarından fərqli olaraq bu dəfəki sənədə əlavə normalar daxil edilib:

“Normalardan biri ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrundakı hərbi əməliyyatlarda iştirak edən, orden və medal almış şəxslərin yaxınları da amnistiyaya şamil olunacaq. Digər məsələ isə Ermənistanın təxribatı nəticəsində terror aktları nəticəsində şəhid olmuş və yaralanmış şəxslərin qohumlarına tətbiq olunacağı ilə bağlıdır.

Bütövlükdə amnistiya aktı 15 mindən çox insanı əhatə edəcək. Məlumata görə, 3 minə yaxın şəxsin cəzası isə azaldılacaq. Az ağır və ağır cinayətlərə görə cəzasının müddətinin başa çatmasına görə 6 ay qalmış şəxslər cəzalarından azad ediləcək.

Bəzilərinin cəzasının isə 6 ay müddətində azaldılması nəzərdə tutulub. Azadlığa çıxan şəxslərin sayının 3 min, cəzası azaldılan şəxslərin də sayının təxminən 3 min olacağı bildirilir. Qalan 10 min isə cərimə, islah işləri, şərti olaraq vaxtından əvvəl azadetmə cəzası olanlara şamil oluncaq”.

Xatırladaq ki, müstəqillikdən indiyədək 12 amnistiya aktı qəbul edilib. Nəticədə 140 minə yaxın şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib.




Paylaş:


Müəllif : Tarix:
4-11-2021, 12:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər