reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiyalı analitiki ABŞ-da həbs etdilər

reklam

Rusiyalı analitiki ABŞ-da həbs etdilər








Ruisyalı analitik, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Kremllə əlaqələrinin araşdırılması ilə bağlı təhqiqatda iştirak etmiş İqor Dançenko Birləşmiş Ştatlarda həbs olunub.

Musvata.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Xəbərdə ona qarşı yalançı ifadə verməklə bağlı ittihamının irəlü sürüldüyü qeyd olunur. Proses xüsusi prokuror Con Daremin nəzarəti altında həyata keçirilir.

Qeyd etmək lazımdır ki, hələ 2020-ci ilin oktyabr ayında “The Wall Street Journal” qəzeti Donald Trampın Moskva ilə əlbir olması ilə bağlı bir rus qadın dövlət məmurunun ifadə verdiyini xəbər vermişdi.

Mətbuat həmin qadının Perm doğumlu, əvvəllər Saratov şəhər merinin müavini, habelə Saratov vilayət qubernatorluğunu mətbuat xidmətinin rəhbəri vəzifələrində çalışan Olqa Qalkina adlı bir qadın olduğunu yazırdı.

Qadına qarşı dosyenin qaynağı kimi isə İqor Dançenko çıxış edirdi. “The Wall Street Journal” 2016-cı ildə Olqa Qalkinanın Cənubi Kiprdə İqor Dançenkonu müxtəlif infromasiyalarla məlumatlandırdığını bildirmişdi.




Paylaş:


Müəllif : Tarix:
5-11-2021, 08:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər