reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bioloji silah hücumlarına hazır olmalıyıq - Qeytsdən xəbərdarlıq

reklam

Bioloji silah hücumlarına hazır olmalıyıq - Qeytsdən xəbərdarlıq

Dünya təkcə yeni pandemiyalara deyil, daha təhlükəli olan bioloji silah hücumlarına da hazırlaşmalıdır.













BBC-nin məlumatına görə, bunu “Microsoft”un yaradıcısı və xeyriyyəçi Bill Qeyts Britaniyanın “Policy Exchange” ictimai təşkilatına müsahibəsində deyib.

O vurğulayıb ki, buna qarşı epidemioloji təhlükəsizlik sahəsində tədqiqatlara və yoluxucu xəstəliklərlə mübarizə mexanizmlərinin hazırlanmasına milyardlarla dollar xərclənməlidir.

Milyarder Ümumdünya Səhiyyə Təşkilatını epidemioloji vəziyyətə nəzarət etmək üçün xüsusi işçi qrupu yaratmağa çağırıb.

Qeytsin sözlərinə görə, ÜST həm də bioterrorçuların mümkün hücumlarına hazırlaşmalıdır:

“ÜST-ün Pandemiya İşçi Qrupuna hər il təxminən bir milyard dollar lazımdır.

Bioterrorçular 10 hava limanına çiçək xəstəliyi gətirsələr necə olacaq? Dünyanın buna necə cavab verə biləcəyini bilirikmi? Təbii epidemiyalar və bioterrorizmin yaratdığı epidemiyalar var. Sonuncu, indi yaşadığımızdan daha pis ola bilər. Ümid edirəm ki, beş ildən sonra “Biz növbəti pandemiyaya hazırıq” adlı kitab yaza biləcəyəm. Lakin bunun üçün tədqiqat və inkişafa milyardlarla dollar xərcləmək lazımdır. Bunda ABŞ və Böyük Britaniya iştirak edə bilər.

Növbəti pandemiya ilə mübarizə aparmaq üçün lazım olan peyvəndlərin ucuz olması, böyük fabriklərin tikilməsi, qripin, soyuqdəymələrin aradan qaldırılması, qolda kiçik “stiker” şəklində peyvəndlərin hazırlanması kimi işlərdir. Bütün bunlar hətta pandemiyanın olmadığı bir vaxtda da inanılmaz dərəcədə faydalı olacaq”.




Paylaş:


Müəllif : Tarix:
5-11-2021, 10:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər