Əbu Bəkr Məscidi sökülüb yenidən tikiləcək?
Əbu Bəkr məscidinin bərpası və möhkəmləndirilməsi işlərinin layihə-smeta sənədlərinin hazırlanması üzrə tenderdə “Opus” şirkəti qalib gəlib. Lakin baxmayaraq ki, rəsmi sənədlər yoxdur, inşaatçılar işə başlayıblar.Dövlət satınalmalarının vahid elektron portalına əsasən, Bakıda 1997-ci ildə tikilmiş “Əbu Bəkr” məscidinin bərpası və möhkəmləndirilməsi işlərinin layihə-smeta sənədlərinin hazırlanması üzrə açıq tender noyabrın 4-də başa çatıb.
“Opus” şirkəti bu xidmətlərə görə 115 min manat (67,5 min dollar) alacaq. Layihə-smeta sənədləri 2 ay ərzində hazırlanmalıdır.
Layihə-smeta sənədlərinin sifarişçisi Bakı şəhər İcra Hakimiyyətinin struktur bölməsidir. Turan İnformasiya Agentliyi Bakı şəhər İcra Hakimiyyəti yanında “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Tender komissiyasından müvafiq layihənin olmadığı şəraitdə bərpa və möhkəmləndirmə işlərinin aparılması faktı ilə bağlı şərh ala bilməyib.
“Opus” MMC 2010-cu ildə memar Ədalət Məmmədov tərəfindən təsis edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-11-2021, 08:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT