reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kəmaləddin Heydərov onu rəis təyin etdi - FOTO

reklam

Kəmaləddin Heydərov onu rəis təyin etdi - FOTO











Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinə rəis təyin edib.

RegionXəbərləri.com xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, K.Heydərovun müvafiq əmri ilə bu vəzifəyə FHN-nin daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov əvvəlcə rəis əvəzi, daha sonra isə rəis olaraq təsdiqlənib.

B.Heydərov bundan əvvəl Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin 2 saylı Yanğından Mühafizə bölməsinin rəisi olub.

Qeyd edək ki, Binəqədi rayonu üzrə Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Kamil Şərbətov bu ilin yanvarında koronavirusdan dünyasını dəyişib.





Paylaş:


Müəllif : Tarix:
6-11-2021, 13:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər