Maşın bazarında kritik durum: “Ölkəyə gətirilən avtomobillərin sayı azalacaq”
“Dövlət hibrid və elektron avtomobillərə güzəşti artırmaqda maraqlıdır”.
Bu sözləri məqliyyat sahəsindəki son dəyişiklikləri dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında deyib. Onun sözlərinə görə, yeni qərarların mövcud problemlərin qarşısını almaq üçün effektiv olacağı gözlənilmir:
“Məlumdur ki, mühərriki böyük olan avtomobillərin rüsumu artırılıb. Hətta mühərrik həcmi 5000-7000 kub/santimetr olan avtomobillərdə rüsum təxminən 14000-15000 manat təşkil edəcək. Bu, çox böyük məbləğdir. Ola bilsin ki, dövlət ətraf mühitin qorunması üçün rüsumu artırmaqla təhlükəsizlik siyasəti həyata keçirir. Bu siyasətə görə irihəcmli mühərriki olan avtomobillər ətrafa daha çox zərər vurur.
Dövlət hibrid və elektron avtomobillərə güzəşti artırmaqda maraqlıdır. Bu, ətraf mühitin qorunması üçün nəzərdə tutulur. Bütün hallarda inanmıram ki, rüsumun artırılması effektiv təsirə malik olsun. Çünki imkanı olan şəxslər rüsum artımına əhəmiyyət verməyəcək. Elə insanlar var ki, ölkəyə gətirdiyi avtomobili bir ay sürəndən sonra yenidən istehsal olunan ölkəyə qaytarır və avtomobildə hansısa dəyişikliyin edilməsini istəyir. Bu insanlar üçün 5000-10000 manat fantastik rəqəm deyil. Orta təbəqəyə aid əksər insanlar da imkanı düzələndə irimühərrikli avtomobillərə maraq göstərirlər. Ümumilikdə, rüsum artımı avtomobil bazarına təsir göstərəcək. Ölkəyə gətirilən avtomobillərin sayında azalma müşahidə olunacaq.
Dünya təcrübəsinə görə, insanlar müəyyən dövrdə irimühərrikli avtomobillərə meylli olurlar. Zamanla yenidən kiçikhəcmli mühərriki olan avtomobillərə qayıdırlar. Çünki yanacağın və ehtiyat hissələrinin qiyməti qalxır. Bu isə büdcəyə təsirsiz ötüşmür. Fikrimcə, ölkədə kiçikhəcmli mühərriki olan ənənəvi avtomobillərə güzəşt tətbiq olunmalıdır. Nəticədə 3 il ərzində avtomobil parkını bütünlüklə yeniləmək mümkün olar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-11-2021, 11:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər