“İnsanlar rüşvət verməyə məcbur edilir” - Deputat
“Rayonlarda kəndlərin çoxunda xarici dil müəllimi yoxdur”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, VHP sədri Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, bütün idarə və qurumlarda tələb edirlər ki, ingilis və rus dilini bilməyən işçi işə götürülməsin: “O kənddə, rayonda yaşayan bu dili necə öyrənsin?”
Deputat Azərbaycan rayonlarının 95%-də kitab mağazasının olmadığını da diqqətə çatdırıb.
S. Rüstəmxanlı qeyd edib ki, işsizliyin aradan qaldırılmasının da yolları tapılmalıdır: “Yeni müəssisələr yaradılmalıdır. Bakıda neçə zavod bağlandı, onların metallarını belə satıblar. İşsizliyim ləğvi üçün yeni müəssisələrin qurulması vacibdir”.
VHP sədri Bakıda uşaq bağçalarının çatışmamasına da toxunub: “İnsanlar uşağını bağçaya qoymaq üçün rüşvət verməyə məcbur edilir”.
O, dövlət qurumlarında əhaliyə və millət vəkillərinə diqqətin artırılmasının vacibliyini də vurğulayıb: “Mən nazirliyə məktub göndərirəm cavab gəlmir, Səfa müəllim (Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev – red.) göndərir, ona cavab gəlir. 125 deputatın yerinə Səfa müəllim məktub göndərə bilməz axı...”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-11-2021, 14:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər