reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şeyx Sərdar “+18“ videolar çəkirmiş - FOTO

reklam

Şeyx Sərdar “+18“ videolar çəkirmiş - FOTO












"Şeyx Sərdar Hacıhəsəni" kimi tanınan Sərdar Babayev öz "ruhani qardaş"larının yataq görüntülərini çəkib İrandakı ağalarına göndərir, sonra da yataqda çəkilən "əməli-saleh"ləri şantaj edərək əmrlərinə tabe olmağa vadar edirmiş. 2021-ci il 21 oktyabrın tarixində Sərdar Akif oğlu Babayev dövlətə xəyanət ittihamı ilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. Aparılan istintaq araşdırması nəticəsində Sərdar Babayevin Azərbaycan Ruhanilər Məclisinin digər üzvləri haqqında şantaj xarakterli məlumatlar toplamaq məqsədilə onların intim görüntülərinin yer aldığı videoların çəkildiyi müəyyən edilib. Gizli şəkildə lentə alınan bu videolar daha sonra Sərdar Babayev tərəfindən İrana göndərilib və bu şəxslərə qarşı şantaj vasitəsi kimi istifadə olunmasına, nəticədə bu şəxslərin fərqli qrupların və qurumların maraqları çərçivəsində fəaliyyətlərə cəlb olunmasına şərait yaradılıb.

Sərdar Akif oğlu Babayev 1974-cü ilin martın 12-də Masallı rayonunda doğulub. Uşaq yaşlarından dinə meylli olub və 1992-ci ildə dini təhsil almaq məqsədilə Qum şəhərinə yollanıb. 2000-ci ilədək İranda dini fəaliyyətini davam etdirib, daha sonra isə Bişkek şəhərində İran-Qırğısıtan İslam Universitetində müəllim kimi çalışıb. 2008-ci ildə isə Azərbaycana qayıdıb və burada dini fəaliyyətlə məşğul olub. O, "Şeyx Sərdar Hacıhəsəni" adı ilə tanınan Sərdar Babayev və Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.az saytının təsisçisi və baş redaktorudur.

O, daha əvvəl 2017-ci ildə də dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.





Paylaş:


Müəllif : Tarix:
11-11-2021, 09:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər