reklam
Regionxeberlericom.az » Cəmiyyət » İrəvanda sabiq deputatın evindəki atışmada 4 nəfər ölüb - VİDEO + YENİLƏNİB

reklam

İrəvanda sabiq deputatın evindəki atışmada 4 nəfər ölüb - VİDEO + YENİLƏNİB











İstintaq Komitəsi və Ermənistan polisi İrəvanın Kanaker rayonunda baş verən atışmanın təfərrüatlarını açıqlayıb.

İrəvanda gecə nümayişi zamanı həlak olanların hamısının kimliyi məlum olub.

Polisə müxtəlif xəstəxanalardan güllə yarası ilə qəbul edilən 19, 61, 27, 37 və 38 yaşlı vətəndaşlar barədə məlumat daxil olub. 61 və 38 yaşlı şəxslər xəstəxanada keçiniblər.

Keçirilən əməliyyat tədbirləri zamanı məlum olub ki, həmin şəxslərin hamısı Kanaker küçəsi 16 ünvanında yerləşən evlərdən birində baş vermiş insident nəticəsində xəsarət alıblar. Hadisə yerindən 43 və 37 yaşlı şəxslərin meyitləri aşkar edilib. Bundan başqa, 28 müxtəlif çaplı mərmi, 12 güllə, 4 tapança və 2 pulemyot aşkar edilib.

Hadisə ilə bağlı polis hesabatında həlak olanların adları açıqlanıb. Xəstəxanada ölənlər Artuş Simonyan (evində atışma baş verən keçmiş deputat) və Artur Boryandır.




Paylaş:


Müəllif : Tarix:
11-11-2021, 15:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər