Ucarda şəhidin anım mərasimi keçirilib
Bu gün Ucar rayonunda şəhid gizir Allahverdi Ələkbərovun anım mərasimi keçirilib.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar. Tədbirdə Ucar rayon rəsmiləri, şəhid ailələri, qazilər və qonaqlar iştirak ediblər. Mərasimdə iştirak edən şəhdiin döyüş yoldaşları onun igidliyindən söz açıblar.
Allahverdi Məzahir oğlu Ələkbərov 15 fevral 1987-ci il tarixdə Ucar şəhərində anadan olub.Hərbi xidməti 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.Azərbaycan Ordusunun giziri olan Allahverdi Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Hadrut qəsəbələrinin,həmçinin Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahverdi Ələkbərov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb və noyabrın 11-də müalicə aldığı Mingəçevir şəhər Hərbi Hospitalında şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.Ailəli idi 3 övladı var.
Prezidentin sərəncamına əsasən Allahverdi Ələkbərov "Vətən uğurunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin.
Fuad Hüseynov RegionXəbərləri.com
Paylaş:
Müəllif : Fuad
Tarix:11-11-2021, 17:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər