Fazil Mustafadan büdcə ilə bağlı maraqlı açıqlamalar: "Cibə gedən vəsait..." - VİDEO
Milli Məclisin daha bir neçə komitəsində gələn ilin büdcəsinin müzakirəsi yekunlaşıb.
Komitələrin birgə iclaslarında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı Milli Məclisin deputatı Fazil Mustafa büdcə ilə bağlı problemlərdən danışıb.
Millət vəkili kitab və kitab məhsullarına qoyulan 18 faiz vergi rüsumunun götürülməsini müsbət hal kimi qiymətləndirib:
"Bu, tarixi hadisədir. Gerçək işə gedən vəsaitlə, gerçək cibə gedən vəsaiti ayırmaq və cibə gedən vəsaitin qarşısını almaq üçün büdcənin əsas xərcləri təhsilə ayrılmalıdır. Yüksək təhsil insanların elmi biliyinin, dünyagörüşünün artırılmasına xidmət edəcək. Bu baxımdan hər şeydən əvvəl təhsil problemi həll olunmalıdır ki, başqa sahələrdə də irəliləyiş əldə edə bilək".
“Büdcəyə nəzarət mexanizmi gücləndirilməlidir”, - deyən F. Mustafa, “Qarabağ müharibəsindən sonra bizim heç bir bəhanəmiz olmamalıdır. Ümumiyyətlə, məsuliyyətimiz fərqli olmalıdır. Biz bunu hiss etmirik. Qarabağda tender əldə etmək üçün ciddi təşəbbüs göstərənlər, pul qazanmaq istəyənlər var. Halbuki bu şəhid qanlarının üzərindən biz fərqli bir Azərbaycan qurmalıyıq", – deyə bildirib.
Fazil Mustafanın çıxışını ətraflı şəkildə videodan izləyə bilərsiniz.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-11-2021, 21:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər